Sədaqət Qəhrəmanova: Gender bərabərliyi və məişət zorakılığına qarşı mübarizədə yerli strukturların rolu artırılmalıdır
Tarix: 21-05-2025 | Saat: 14:22
Bölmə:Siyasət | çapa göndər

Gender bərabərliyi və məişət zorakılığı ilə bağlı məsələlərin effektiv şəkildə həlli üçün yerli icra hakimiyyəti orqanlarının bu sahədə daha fəal iştirakı vacibdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu mövzuya dair mütəmadi təhlillər aparılır və yerli idarəetmə strukturları ilə əməkdaşlıq çərçivəsində bölgələrdə maarifləndirici tədbirlər həyata keçirilir.
Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatı”nı şərh edərkən söyləyib.
S.Qəhrəmanova bildirib ki, komitə hər il regionlarda fəaliyyət göstərən müvafiq qurum və komissiyaların nümayəndələrini bir araya gətirir, yerlərə səfərlər təşkil olunur və əhalinin iştirakı ilə ictimai müzakirələr aparılır. Bu fəaliyyətlərin nəticəsi olaraq ilin sonunda həmin qurumlardan hesabatlar toplanır və analiz olunur.
Məişət zorakılığına dair hesabatlara toxunan sədr müavini qeyd edib ki, bəzi rayonlardan daxil olan məlumatlarda il ərzində heç bir zorakılıq faktının qeydə alınmadığı bildirilir. Onun fikrincə, bu, ya problemin aşkarlanmaması, ya da düzgün qeydə alınmaması ilə bağlı ola bilər. Buna görə də, yerli səviyyədə maarifləndirmə tədbirlərinin gücləndirilməsi, məlumatlandırma işlərinin aparılması və mövcud mexanizmlərin effektivliyinin artırılması təklif olunur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər