Mobil versiya
Saleh Səmədovun yerinə müavini TƏYİN OLUNDU
Tarix: 21-05-2025 | Saat: 13:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Saleh Səmədovun yerinə müavini

İmişli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Ağsaqqallar Şurasının növbədənkənar iclası keçirilib.

Şuradan aia.az-a bildirilib ki, yığıncaqda açıq səsvermə yolu ilə respublikanın Əməkdar müəllimi Ramiz Əmirov İmişli rayon Ağsaqqallar Şurasının sədri seçilib.

Məlumata görə, Ramiz Əmirov İmişli rayon Ağsaqqallar Şurası sədrinin müavini olub. R.Əmirov uzun illər İmişli rayon təhsil şöbəsinə rəhbərlik edib. O, bundan əvvəl də - 2021-ci ilin may ayından 2024-cü ilin aprel ayına kimi İmişli rayon Ağsaqqallar Şurasının sədri olub. Bundan sonra isə şuraya sədrlik Saleh Səmədova keçib.

Qeyd edək ki, Saleh Səmədov mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etdiyinə görə vəzifəsindən azad edilib. İdarə Heyəti S.Səmədovun Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2025