Mobil versiya
Azər Kərimli: Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür
Tarix: 21-05-2025 | Saat: 13:33
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Azər Kərimli:  Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfərdə olub. Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib. Görüşlərdə Azərbaycanla Macarıstan arasında sıx siyasi dialoqun mövcud olduğu, mütəmadi şəkildə məsləhətləşmələrin aparıldığı və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini dəstəklədiyi qeyd edilib. Azərbaycanın və Macarıstanın beynəlxalq səviyyədə öz ölkələrinin milli maraqları əsasında müstəqil siyasət aparan dövlətlər olduqları vurğulanıb.
Qeyd etmək lazımdır ki, Azərbaycan Macarıstan əlaqələri son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib, eləcə də hər iki tərəf əməkdaşlıq sahələrini genişləndirməkdə maraqlıdır. Genişləndirilmiş strateji tərəfdaşlıq və enerji sahəsindəki əməkdaşlıq regional təhlükəsizlik, eyni zamanda, iqtisadi inkişaf baxımından mühüm perspektivlərə yol aça bilər. Eyni zamanda, Macarıstanın daxili siyasətindəki dəyişikliklər və Avropa İttifaqı ilə əlaqələr, gələcəkdə bu əməkdaşlığa əlavə imkanlar aça bilər. Xatırlatmaq istərdik ki, Prezident İlham Əliyev səfər çərçivəsində Macarıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında iştirak edəcək. TDT-yə tam hüquqlu üzv olmayan müşahidəçi Macarıstanda zirvə toplantısının keçirilməsi xüsusi diqqət tələb edən məqamdır. Həmçinin bu gün beynəlxalq diplomatiyada böhranın hökm sürməsi, vəziyyətin gündən-günə dəyişməsi, təhlükələrin və çağırışların artması fonunda dost ölkələr bir araya gələrək beynəlxalq münasibətləri müzakirə etməsi qloballaşan dünyada TDT-yə xüsusi diqqət ayrılacağından xəbər verir. Prezident İlham Əliyevin dediyi kimi, “bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır”.

Azərbaycan Prezidentinin Macarıstana səfərinin ölkəmiz üçün perspektivlərini Milli Məclisin deputatı Azər Kərimli ilə müzakirə etdik.

Deputata Azər Kərimli dedi: “Macarıstan davamlı olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib. Macarıstan şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərində iştirak etməkdə maraqlıdır. “KÉSZ” şirkətlər qrupu Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasını həyata keçirir. Macarıstan hökumətinin vəsaiti hesabına Soltanlı kəndində məktəbəqədər və ümumi təhsil müəssisələri üçün binalar inşa ediləcək. Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgilərində ənənəvi olaraq Macarıstan şirkətləri iştirak edirlər”.

Prezident İlham Əliyev mətbuata bəyanatında energetika sahəsində uğurlu əməkdaşlıqdan söhbət açdı. Bildirdi ki, Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Bu barədə də bu gün fikir mübadiləsi aparıldı. Deputat Azər Kərimli Macarıstanın Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq gördüyünü və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirdiyini bildirdi. Deputat dedi: “Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Macarıstanın enerji şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını daha da möhkəmləndirir və ölkələr arasında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Azərbaycan, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir. Bu kontekstdə yaşıl enerji sahəsində imzalanmış müqavilələr və layihələr xüsusilə diqqət çəkir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2025