Mobil versiya
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşları qəbul edib
Tarix: 06-05-2025 | Saat: 16:35
Bölmə:Ölkə | çapa göndər

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşları qəbul edib

Naxçıvanda vətəndaşların biznesin inkişafı, ixrac, əmlak, vergi, logistika və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.

Bu barədə aia.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Naxçıvan şəhərində bu şəhərdən, həmçinin, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, ixrac, əmlak, vergi, logistika və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2025