Azər Kərimli Zaqatalanın Dağlı kəndində sakinlərlə görüşüb -Fotolar
Tarix: 06-05-2025 | Saat: 09:00
Bölmə:Karusel / Gündəm / Özəl | çapa göndər

Milli Məclisin deputatı Azər Kərimli 5 may 2025-ci il tarixində Zaqatala rayonunun sakinləri ilə görüş keçirib.
aia.az xəbər verir ki, bu görüş rayonun Dağlı kəndində baş tutub. Görüşdə Dağlı kəndi ilə yanaşı qonşu 3-cü Tala kəndinin də sakinləri iştirak ediblər.
Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Xüsusən hər iki kəndin qaz, işıq və su ilə bağlı təchizatında müəyyən problemlərin olduğu deputatın diqqətinə çatdırılıb. Azər Kərimli sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını və təxirəsalınmaz tədbirlərin görüləcəyini bildirib.
Deputat Azər Kərimli keçirdiyi görüşdə iştirak edən Dağlı və 3-cü Tala kəndlərinin sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri ölkəmizin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Zaqatala rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-05-2025
10:12 “Brent” nefti bahalaşdı