Ana Sayfa > Ölkə > İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşları qəbul edib
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşları qəbul edibBu gün, 16:35. Yazar: azer |
![]() Naxçıvanda vətəndaşların biznesin inkişafı, ixrac, əmlak, vergi, logistika və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb. Bu barədə aia.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Naxçıvan şəhərində bu şəhərdən, həmçinin, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, ixrac, əmlak, vergi, logistika və s. məsələlərlə bağlı müraciət ediblər. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb. Geri dön |