Qazaxda 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 - ci ildönümü münasibətilə silsilə tədbirlər davam edir -Fotolar
Tarix: 06-05-2025 | Saat: 18:24
Bölmə:Ölkə | çapa göndər

06 may 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı “Arkoz Qazax Sement Zavodu“ MMC ərazi partiya təşkilatında 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 - ci ildönümü münasibətilə “Müdrik xalqın dəmir iradəsini ifadə edən Heydər Əliyev Konstitusiyası ” mövzusunda tədbir keçirildi.
Tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider, Dahi Rəhbər Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoyaraq dərin hörmət və ehtiramlarını bildirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, “Arkoz Qazax Sement Zavodu“ MMC-nin direktor müavini Hikmət Əliyev, ərazi partiya təşkilatının sədri Nizami Zeynalov, sədr müavini Elvin Əmiraslanov, partiya fəalı İlham Alıyev çıxış edərək müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən ətraflı danışdılar. Natiqlər Möhtərəm Prezidentimizin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini və 10 may 2025- ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 - ci ildönümünün böyük təntənə ilə qeyd olunacağını diqqətə çatdırdılar. Çıxış edənlər Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən geniş bəhs edərək, 2025-ci il “Konstitusiya və Suverenlik İli”nin də xalqımız üçün çox uğurlu, yadda qalan, əlamətdar bir il olacağına böyük əminliklərini bildirdilər.
Tədbirdə Daş Salahlı 1 saylı tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər.
Tədbirin sonunda rayonun ictimai- siyasi həyatında fərqlənən ən fəal partiya üzvləri YAP Qazax rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edildi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-05-2025