Mobil versiya
Baş Prokurorluqda media subyektləri və gənclərin iştirakı ilə tədbir keçirildi - FOTOLAR
Tarix: 06-05-2025 | Saat: 13:55
Bölmə:Media | çapa göndər

Baş Prokurorluqda media subyektləri və gənclərin iştirakı ilə tədbir keçirildi -

İnformasiya texnologiyaların sürətli inkişafı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində cinayət təqibi orqanlarının, media subyektlərinin və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrin qurulmasını və birgə layihələrin həyata keçirilməsini labüd edir.

aia.az xəbər verir ki, bu səbəbdən media subyektləri və vətəndaş cəmiyyəti institutları ilə Baş Prokurorluq müntəzəm əlaqədədir, müasir çağırışlara cavab verən tədbirlər keçirilir.

Növbəti layihə cari ilin mayın 6-da Baş Prokurorluğun Mətbuat xidməti və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsində cinayət təqibi ilə media subyektlərinin qarşılıqlı əlaqələri” mövzusunda baş tutub.

Sözügedən tədbirdə televiziya kanallarının, informasiya agentlikləri və xəbər saytlarının, eləcə də müxtəlif qəzetlərin jurnalist və nümayəndələri, eləcə də hüquq fakültəsində təhsil alan tələbələr iştirak edib.

Treninq müxtəlif formatlarda – brifinq, dəyirmi masa və təqdimat şəklində təşkil olunaraq media və prokurorluq orqanları arasında qarşılıqlı əlaqənin müxtəlif aspektlərini əhatə edib.

Təqsirsizlik prezumpsiyasının media materiallarında qorunmasının əhəmiyyəti, bu prinsipin pozulmasının hüquqi və sosial fəsadları, eləcə də ictimaiyyətin obyektiv məlumatlandırılmasının vacibliyi vurğulanıb.

Prokurorluq əməkdaşları və media nümayəndələri arasında effektiv informasiya mübadiləsinin hüquqi əsasları və etik çərçivəsi geniş şəkildə müzakirə olunub.

Tədbir çərçivəsində Baş Prokurorluq tərəfindən hazırlanmış “Jurnalistlər üçün hüquqi terminlər lüğəti” adlı nəşrin təqdimatı keçirilib.

Kitab jurnalistlərin hüquqi mövzularda daha dəqiq və anlaşılan məlumat verməsinə kömək məqsədi daşıyır.

Sosial media və media savadlılığı mövzusunda keçirilən sessiyalarda rəsmi məlumatların hazırlanması, yayım standartları və ictimai maraq doğuran məsələlərin dəqiqliklə çatdırılması ilə bağlı praktiki tövsiyələr verilib.

Tədbirin sonunda iştirakçılar Baş Prokurorluğun inzibati binalar kompleksi ilə tanış olub və xatirə şəkli çəkdiriblər.

Qeyd edilən treninq prokurorluq orqanlarında şəffaflığın və ictimaiyyətlə açıq ünsiyyətin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsi kimi təşkil olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2025