Mobil versiya
Nəbi İsgəndərov: “Ulu Öndər Heydər Əliyev yüksəkixtisaslı kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayıb”
Tarix: 06-05-2025 | Saat: 13:55
Bölmə:Siyasət | çapa göndər

Nəbi İsgəndərov: “Ulu Öndər Heydər Əliyev yüksəkixtisaslı kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayıb”

“XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. 1991-ci ildə xalqımız öz müstəqilliyini ikinci dəfə bəyan etdikdən sonra keçən iki il ərzində ölkəyə liderlik xüsusiyyətlərinə malik olmayan, səriştəsiz şəxslərin rəhbərlik etməsi ağır fəsadlara yol açmışdı. 1993-cü ilin yayında Azərbaycanda hakimiyyət böhranı ən yüksək həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Bir tərəfdən də Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Həmin mürəkkəb və təhlükələrlə dolu olan dövrdə Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli bəlalardan, müsibətlərdən xilas etdi. Bu gün öz dahi xilaskar oğlunun anadan olmasının 102-ci il dönümünü böyük coşqu və sonsuz ehtiramla qeyd edən Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsini daim öz qəlbində yaşadacaq.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində ATİAHİ Cəlilabad Rayon Komitəsinin sədiri Nəbi İsgəndərov deyib.


Daha sonra müsahibimiz xüsusi olaraq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ölkənin rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın ictimai, siyasi və iqtisadi sahələri ilə yanaşı təhsil sahəsində də bir intibah mərhələsi yaşanmışdır: “Qeyd etmək lazımdır ki, Ulu Öndər hələ 1969-cu ildə birinci dəfə respublika rəhbərliyinə gəldiyi zaman xüsusi diqqət verdiyi sahələrdən biri də məhz təhsil sahəsi idi. Keçən əsrin 70-80-ci illəri xalqımızın tarixində yalnız iqtisadiyyatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi ayrıca mərhələ təşkil edir. Həmin dövrdə gələcək müstəqilliyimizin təməli qoyulmuş, iqtisadi, sosial və mədəni potensial formalaşdırılmışdır. Bu mərhələdə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın iqtisadi-mədəni inkişafı, sənayenin, kənd təsərrüfatının, mədəniyyət, elm, təhsil və digər prioritet sahələrin idarə edilməsi üçün bacarıqlı və yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini mühüm vəzifə kimi qarşıya qoyaraq təhsilin inkişafına xüsusi qayğı göstərirdi. 1979-cu ildə keçmiş SSRİ-nin ən qabaqcıl ali məktəblərində 3000 nəfərdən artıq azərbaycanlı gənc təhsil alırdı. Ümummilli Lider Heydər Əliyev ilk növbədə Azərbaycanın intellektual sabahını düşünmüş, sovetlər dövründə respublikada formalaşdırdığı zəngin elmi potensiala istinad edərək özünün mükəmməl elm və təhsil konsepsiyasını irəli sürmüş, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusilə diqqət mərkəzində saxlamışdır. Ulu Öndərimizin elm və təhsilin konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin yüksək dinamizmlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanda bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də uğurlu islahatların müəllifi kimi tanınmışdır.”

Sonda komitə sədri bu gün ölkəmizdə həyata keçirilən uğurlu təhsil siyasətindən bəhs edərək bunları demişdir: “Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil siyasəti bu gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu illər ərzində dövlət başçımızın diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması bu günümüzün reallıqlarıdır. Bu gün Ölkə Prezidentinin Azərbaycanın müasirləşdirilməsi siyasətinin tərkib hissəsi olaraq təhsil sahəsində də ciddi islahatlar həyata keçirilir. Respublikanın dövlət büdcəsində təhsil sahəsinə ayrılan xərclər ilbəil artır. Təkcə onu vurğulamaq kifayətdir ki, bu dövrdə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Bir sözlə, bu gün Azərbaycanda təhsil sisteminin daha da inkişafı üçün məqsədyönlü, irimiqyaslı işlər görülür” – deyə, Nəbi İsgəndərov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2025