"Mən boş yerləri doldurmaq üçün doğulmamışam" - Komitə sədri
Tarix: 06-05-2025 | Saat: 15:12
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Dönə-dönə xahiş edib bir tədbirə çağırıblar. Protokolun birinci sıralamasına baxıram bütün adlar və soyadlar yazılıb, bəndənizinki, yox”.
aia.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa deyib.
Komitə sədri bildirib ki, ikinci sırada da adını tapa bilməyib: "Təşkilatçılardan soruşuram ki, harada əyləşməm nəzərdə tutulub. Arxa cərgədəki sıralara göz gəzdirib nəzakətlə deyir ki, orada 6-cı cərgədə boş yer var, otura bilərsiniz. Əlbəttə, sadəcə söyləyəndə ki, ən sonuncu cərgədə yer nəzərdə tutulub, adətən, sakitcə keçib əyləşirəm. Bəlkə də həyatda ən sevmədiyim haldır ki, rəsmi tədbirdə insanı kimdənsə boşalmış yerə yönləndirirlər. Bir neçə dəfə məclislərdə olub ki, tanımadıqda aparıb qıraq yerdə əyləşdirirlər, sakitcə keçib oturub yeməyə və yaxud proqramla tanışlığa, nəyisə qeyd etməyə başlayan kimi bir neçə nəfər təlaşla yaxınlaşır ki, bəs ön cərgədə və ya ön masada yer boşaldı, xahiş edirik o boş yerə keçin. Gülümsəyərək deyirəm ki, mən bu dünyaya boş yer doldurmaq üçün gəlməmişəm, oturduğum yer ən axırıncı cərgədə də olsa, mənim dəyər qazandıracağım yerdir”.
Deputat qeyd ki, heç yerdə status və ya protokol kaprizi etmir, ancaq rəsmi şəxs kimi dəvət olunduğu məkanda ən azı bunu sorğulamaq məqsədəuyğundur: “Bu məqamda bir söz söyləyirəm və özümə də xoş gəldiyi üçün burada yazıram: Gözəl qardaşım, mən boş yerləri doldurmaq üçün doğulmamışam, boş beyinlər doldurmaq üçün bu dünyada varam. Gözləyin, indi boş yerləri doldurmağa uyğun adamlar gələcək, yerləşdirərsiniz. Sakitcə, gülümsəyərək başlamadan tədbiri tərk edirəm”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-05-2025