Bir sıra nəqliyyyat vasitələri özəlləşdirilib
Tarix: 06-05-2025 | Saat: 18:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Mayın 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 18 nəqliyyat vasitəsi satılıb.
Dövlət xidmətindən aia.az-a verilən məlumata görə, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 103 sifariş qəbul edilib.
Bildirilib ki, bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.
Qeyd olunub ki, rəqabətli keçən hərracda start qiyməti 4.500 manat olan “Nissan Maxima” markalı avtomobil 8.200 manata, 7.800 manat olan lot üzrə 2 nəqliyyat vasitəsi 13.300 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3LtXXH linki vasitəsilə tanış olmaq olar.
Cari ay ərzində növbəti hərraclar 13, 20 və 27 may tarixlərində keçiriləcək.
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3LtZmC linki vasitəsilə tanış olmaq mümkündür.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-05-2025