Əziz Ələkbərli: “ Çinlə münasibətlərin inkişafı siyasətdə alternativlərin mövcud olduğunu göstərir”
Tarix: 24-04-2025 | Saat: 08:30
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

“Qədim İpək yolu üzərində yerləşən Azərbaycan dünya iqtisadiyyatında və siyasətində mühüm yer tutur. Dövlət müstəqilliyinin bərpasından keçən 33 il ərzində ölkəmiz Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticələri özünü indiki vəziyyətdə daha qabarıq şəkildə görünməyə və dərk edilməyə başlayıb. Bu siyasətin siyasi konturları, məqsəd və hədəfləri daha düzgün qavranması onun nə qədər uzaqgörən və ölçülüb-biçilmiş siyasət olduğunu ortaya qoyur. Böyük güc mərkəzləri, eləcə də Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Məhz düzgün siyasət və iqtisadi əlaqələrin önə çəkilməsinin yekunu olaraq ölkəmizin Çinin maraq dairəsində mühüm həlqə təşkil etməsi ilə nəticələnmişdir. İndi Çin dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində bu məqamlara toxunaraq bir daha vurğulamışdır ki, Azərbaycan-Çin əlaqələri bundan sonra da ahəngdar inkişaf edəcəkdir.
Bu sözləri aia.az-a müsahibəsində millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləmişdir.
Müsahibimiz bildirib ki, “cənab Prezidentin müsahibəsindən görünür ki, Çinlə iqtisadi əlaqələrin artan templə inkişafı ilk növbədə hər iki dövlətin bərabərhüquqlu əlaqələrə və qarşı tərəflərin maraqlarına uyğun davranışı əsas yer tutur: “Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk və ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir.”
ÇXR Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakını əlamətdar hadisə kimi dəyərləndirən ölkə başçısı bəzi Qərb dövlətlərinin, media orqanlarınlın genişmiqyaslı və əsassız tənqidlərinə baxmayaraq, fəal iştirakına və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə qiymətli töhfəsinə görə Çinin nümayəndə heyətinə minnətdarlığını ifadə etməklə xalqımızın və dövlətimizin düzgün yanaşmaya layiqli qiymət verdiyini ifadə etmişdir.”
Millət vəkili qeyd edib ki, “ iki ölkə arasında ticari-iqtisadi əlaqələri daha da inkişaf etdirmək üçün yüksək səviyyədə potensial mövcuddur və bundan səmərəli istifadə etməyin vaxtı çatmışdır. Bu sahədə atılan və nəzərdə tutulan addımları yüksək qiymətləndirən cənab İlham Əliyev deyib: “Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Onlar ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir. Azərbaycan Ticarət Evi, həmçinin Çində tanınmış beynəlxalq “JD” onlayn ticarət platformasında yaradılıb.
Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.”
Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açdığını bildirən dövlət başçımız qeyd edib ki, “Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur.”
Əziz Ələkbərli müsahibəsinin sonunda vurğulayıb ki, “indiki məqamda Çinlə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, eyni zamanda hər iki ölkənin beynəlxalq müstəvidə bir-birini dəstəkləməsi, etibarlılıq və qarşılıqlı etimad yüksək perspektivlər vəd edir. Hər halda Qərbin ikili standarrtlarından, qərəzli mövqeyindən fərqli əməkdaşlıq nümunəsi kimi bu əlaqələrin mövcudluğu alternativlərin hər zaman olduğunu göstərir və indiki zamanda bu çox mühüm əhəmiyyətə malikdir”-deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-04-2025
23-04-2025