Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib
Tarix: 23-04-2025 | Saat: 17:52
Bölmə:Parlament | çapa göndər

Aprelin 23-də Milli Məclisin Aqrar siyasət komitəsində “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbiri giriş nitqi ilə açan Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycanın uğurlarından söz açıb, ölkə iqtisadiyyatının inkişafından, dövlətimizin aqrar sahəyə, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə göstərdiyi diqqət və qayğıdan danışıb. O bildirib ki, aqrar sahədə həyata keçirilən islahatlar, yeni qanunların qəbulu, fərman və sərəncamların imzalanması, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması, yeni subsidiya mexanizminin tətbiqi və aqrar sığortanın genişləndirilməsi kimi tədbirlər öz müsbət nəticələrini verməkdədir. Vurğulayıb ki, vətəndaşlar əldə edilən uğurlara, kənd təsərrüfatı sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə böyük maraq göstərirlər.
Komitə sədri bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarova ictimaiyyətin marağını, ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyini nəzərə alaraq, belə bir dinləmənin təşkilini məqsədəuyğun hesab edib. Tahir Rzayev tədbirin keçirilməsi üçün lazımi şərait yaratdığına görə parlamentin rəhbərliyinə təşəkkürünü ifadə edib.
Sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı rolunu, iqtisadiyyatın diversifikasiyasındakı, davamlı inkişafındakı əhəmiyyətini vurğulayıb.
Azərbaycanda Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu aqrar islahatları bu gün həmin sahədə əldə edilən nailiyyətlərin əsası kimi dəyərləndirən komitə sədri sonrakı dövrdə də kənd təsərrüfatı və aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. O, dövlət başçısının kənd təsərrüfatı məhsullarının istehsalçılarına böyük önəm verdiyini, aqrar sahənin inkişafını daim prioritetdə saxladığını qeyd edərək, Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlər, yeni dəstək mexanizmləri barədə fikirlərini səsləndirib.
Sonra kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aqrar sektorun inkişafının əsas nailiyyətləri, bu istiqamətdə həyata keçirilən strategiyaları diqqətə çatdırıb, həmçinin perspektivdə duran əsas vəzifələrə qısaca nəzər salıb.
Nazir müavini qeyd edib ki, ilk növbədə kənd təsərrüfatı sahəsi üzrə istehsalda artım müşahidə edilir. Aqrar sektorun inkişaf meyllərini və göstəricilərini diqqətə çatdıran İlhamə Qədimova qeyd edib ki, 2025-ci ilin 1-ci rübündə bu sahədə artım ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% olub. O, bildirib ki, kənd təsərrüfatı məhsullarının ixracında da artım tempinə nail olunub, yeni ixrac trendləri yaranıb, kənd təsərrüfatı və emal məhsullarının ixracı son 5 ildə 40%-dən çox artıb.
Qeyd olunub ki, aqrar sektorun inkişaf strategiyası məhsuldarlığın artımına, intensiv və innovativ təsərrüfatçılığın genişlənməsinə, həmçinin dayanıqlı inkişafı təmin edən mexanizmlərin tətbiqinə əsaslanan tədbirlərlə xarakterizə olunur. Aqrar sahənin inkişaf prioritetlərindən danışan nazir müavini müasir suvarma sistemlərinin genişləndirilməsi, torpaqlardan səmərəli istifadə, innovativ texnologiyaların tətbiqinin stimullaşdırılması, aqrar sığorta mexanizminin tətbiqi, aqrar sahənin elektronlaşdırılması, aqroparkların fəaliyyətinin genişləndirilməsi istiqamətlərində əldə edilən uğurlar barədə məlumat verib.
Nazir müavini qeyd edilənlərə paralel olaraq işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası, həmçinin yeni dəstək mexanizmlərinin formalaşdırılması və tətbiqi istiqamətlərindəki nailiyyətləri qeyd edərək, aqrar sektorun gələcək inkişafı ilə bağlı qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb.
Sonra Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov çıxış edərək iqlim dəyişikliklərinin təsirləri fonunda aqrar sığorta institutunun əhəmiyyəti və ölkədə aqrar sığorta sisteminin fəaliyyətinə dair məlumatları diqqətə çatdırıb.
Bu gün dünyada baş verən təbii fəlakətlərin və digər problemlərin kənd təsərrüfatında, ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində yaratdığı çətinliklərdən söz açan Fuad Sadıqov aqrar sektorda bu kimi risklərin idarə edilməsində və davamlı fəaliyyətin təmin olunmasında sığorta mexanizmlərinin əhəmiyyətindən danışıb. O, Azərbaycanda tətbiq edilən aqrar sığorta modelinin də dünyada olan analoji sistemlərin uğurlu tətbiqinə əsaslandığını, fermerlərimizin aqrar sahədə üzləşdiyi problemlərin həllinə, onların dayanıqlı fəaliyyətlərinin təmininə, bu sahəyə marağın stimullaşdırılmasına xidmət etdiyini vurğulayıb. Tətbiq edilən qeyri-kommersiya əsaslı yeni sığorta mexanizminin fermerlər və aqrar sahənin inkişafı üçün yaratdığı üstünlüklərdən danışan Fuad Sadıqov bildirib ki, hazırda ölkədə əkinə yaralı ərazilərin 98%-ni əhatə edə biləcək aqrar sığorta xidmətlərini təmin edən sistem formalaşdırılıb. Sığorta təminatı bitkiçilik, heyvandarlıq və akvakultura da daxil olmaqla kənd təsərrüfatı fəaliyyətinin geniş spektrini əhatə edir.
Sonra çıxış edən Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatların tarixinə nəzər salıb, ölkəmizdə kənd təsərrüfatının inkişafının və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının yaradılmasından və möhkəmləndirilməsindən danışıb, müasir dövrün kataklizmlərinə və iqlim dəyişikliklərinə qarşı tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Milli Məclisin komissiya sədri aqrar sahənin strateji məqsədləri, müasir texnologiyalara əsaslanan dayanıqlı inkişafı, istehsal və emal sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması kimi məsələlərə dair fikirlərini bölüşüb.
Dinləmədə Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Jalə Əliyeva, Elman Nəsirov, Günay Ağamalı, Pərvanə Vəliyeva, Əlibala Məhərrəmzadə, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Kamil Mirişov, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova mövzu ilə bağlı fikir və qeydlərini açıqlayıblar.
Dinləmənin sonunda komitə sədri Tahir Rzayev iclas iştirakçılarına müzakirələrdə fəallıq göstərdiklərinə, mövzu ilə bağlı səmərəli fikir mübadiləsinə görə təşəkkürünü ifadə edib.
Tədbirdə Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının nümayəndələri və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və digər şəxslər iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-04-2025