Mobil versiya
Kazana uçan təyyarələrin istiqaməti təcili olaraq Samara və Moskvaya dəyişdirilib
Tarix: 24-04-2025 | Saat: 10:32
Bölmə:Özəl | çapa göndər

Kazana uçan təyyarələrin istiqaməti təcili olaraq Samara və Moskvaya dəyişdirilib

RİA Novosti xəbər verir ki, Kazan Beynəlxalq Aeroportu ərazisində hava məkanından istifadəyə 4.45-dən 7.00-a qədər qüvvədə olan müvəqqəti məhdudiyyətlər dövründə iki təyyarə təyinat yerinə enə bilməyib.Kazan hava qovşağının mətbuat xidmətinin məlumatına görə, Hurqada və İstanbuldan uçan təyyarələr alternativ aerodromlara yönləndirilib. Birinci təyyarə Samaranın alternativ hava limanına, ikincisi isə Moskva yaxınlığındakı Vnukovoya gedib. Dəyişikliklərə səbəb aprelin 24-də səhər saatlarında Kazanda tətbiq edilən təyyarələrin gəliş-gedişinə qoyulan məhdudiyyətlər olub.

“Vzqlyad” qəzetinin yazdığı kimi, hava hücumundan müdafiə qüvvələri Tatarıstanın Yelabuqa rayonu üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni vurub; daha əvvəl pilotsuz təyyarələrin təhlükəsi ilə əlaqədar Kazan və Nijnekamsk hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdi və Tatarıstanda bir saat ərzində iki Ukrayna pilotsuz uçan aparatı məhv edilmişdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2025