Azərbaycan-Çin münasibətləri strateji dəyər daşıyan tərəfdaşlıqdır
Tarix: 24-04-2025 | Saat: 10:14
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasının nüfuzlu “Sinxua” dövlət xəbər agentliyinə verdiyi son müsahibə, Bakı ilə Pekin arasında yüksələn strateji tərəfdaşlığın mahiyyətini və əhəmiyyətini bir daha təsdiqlədi. Bu müsahibə, yalnız diplomatik ritorika ilə məhdudlaşmır, həm də iki ölkə arasında möhkəmlənən iqtisadi, siyasi və mədəni əlaqələrin gələcək istiqamətlərini müəyyənləşdirir. Azərbaycan-Çin münasibətləri artıq təkcə qarşılıqlı maraqlar üzərində qurulan əməkdaşlıq deyil, həm də beynəlxalq təhlükəsizlik, regional sabitlik və davamlı inkişaf baxımından strateji dəyər daşıyan tərəfdaşlıqdır.
Məlumdur ki, “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın rolu olduqca böyükdür. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Çin tərəfindən irəli sürülən və artıq qlobal miqyasda strateji nəqliyyat və logistika layihəsinə çevrilmiş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmuşdur. Prezidentin sözləri ilə desək: “Azərbaycan bu təşəbbüsə ilk qoşulan ölkələrdəndir və biz öz infrastrukturumuzu bu istiqamətdə uyğunlaşdırmışıq”. Azərbaycanın bu təşəbbüsdə oynadığı rol, onun unikal geostrateji mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə sıx bağlıdır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Bu infrastrukturlar Çindən Avropaya uzanan ticarət yollarının mühüm bir hissəsini təşkil edir.
İqtisadi əməkdaşlığın yüksəlişi təbii ki, nəzərdə tutulan işlərin dəqiqliklə icrasından keçir. Azərbaycan-Çin iqtisadi əlaqələri son illərdə artıq nəzərəçarpacaq dərəcədə genişlənmişdir. Bu gün Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2 milyard ABŞ dollarını keçmişdir Bu rəqəmlər qarşılıqlı investisiya və texnoloji əməkdaşlığın da dərinləşməsi ilə müşayiət olunur. Çin şirkətləri Azərbaycanda müxtəlif sektorlarda — energetika, kənd təsərrüfatı, telekommunikasiya və bərpa olunan enerji sahələrində fəal iştirak edirlər. Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirmişdir: “Çin şirkətləri Azərbaycanın infrastruktur layihələrində mühüm rol oynayır və biz onları strateji investor kimi qəbul edirik.” 2023-cü ildə Astanada qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririlir və ikitərəfli münasibətlərin dərinləşməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir. ÇXR Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakı əlamətdar hadisə oldu. Dünya ictimaiyyəti üçün belə bir mühüm tədbirdə Azərbaycana qarşı bəzi Qərb dairələri tərəfindən genişmiqyaslı əsassız təzyiq və boykot kampaniyalarına baxmayaraq, dövlətimiz bir daha güclü siyasi iradə və peşəkarlıq nümayiş etdirdi ki, bu da konfransı yüksək səviyyədə keçirməyə, tarixi nəticələr əldə etməyə və çoxtərəfli danışıqlarda əsl sıçrayışa imkan verdi.
Əlaqələrin inkişafında siyasi və diplomatik koordinasiyanın güclənməsi mühüm şərtdir. Azərbaycan və Çin arasındakı siyasi münasibətlər qarşılıqlı etimad və prinsipiallıq üzərində qurulub. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan “vahid Çin” prinsipini dəstəkləyir və Tayvanın, Honkonqun və digər məsələlərin Çin Xalq Respublikasının daxili işi olduğunu daim bəyan etmişdir. Bu mövqe, Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə sadiqliyini və çoxtərəfli əməkdaşlıqda tərəfdaşlarının suverenliyinə hörmət prinsipini ön planda tutduğunu nümayiş etdirir. Eyni zamanda, Çin də Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində həllini təqdir edir. Bu gün mədəni əlaqələr və təhsil əməkdaşlığı da yüksələn dinamika üzrə hərəkət edir. İkitərəfli münasibətlər təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Çin və Azərbaycan arasında mədəni əlaqələr və təhsil əməkdaşlığı da durmadan inkişaf edir. Bakı Dövlət Universitetində fəaliyyət göstərən Konfutsi İnstitutu, Çin dili və mədəniyyətinin tədrisində mühüm rol oynayır. Eyni zamanda, Çin universitetlərində azərbaycanlı tələbələrin sayı ildən-ilə artır. Mədəni diplomatiya iki ölkə arasında dərin təməl yaradır. Cənab Prezident İlham Əliyevin “Sinxua” agentliyinə verdiyi müsahibə, Azərbaycan-Çin münasibətlərinin gələcək inkişaf xəritəsini təsvir edən strateji bir sənəd xarakteri daşıyır. Bu əlaqələrin inkişafı, Azərbaycanın dünya iqtisadi sistemindəki mövqeyini daha da gücləndirəcək və regionda sülhün və sabitliyin qorunmasına töhfə verəcək.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-04-2025