Azərbaycanın siyasi mövqeyi Azərbaycan xalqının iradəsini ifadə edir
Tarix: 13-04-2025 | Saat: 10:34
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Son illərdə müşahidə olunan dinamik iqtisadi tərəqqi, liberal-demokratik islahatların, vətəndaş cəmiyyəti quruculuğunun davam etdirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirib. Siyasi sistemin sabitliyinə və davamlı iqtisadi tərəqqiyə xidmət edən bu strategiya həm də diplomatiya sahəsində əldə olunan nailiyyətlərin əsasını təşkil edir. Xüsusən ADA Universitetinin təşkil etdiyi Forumun ənənəvi hal alması yüksək qiymətləndirilir. Yeddinci dəfə Foruma ev sahibliyi edən ölkə paytaxtının belə mühüm tədbirlər üçün seçilməsi siyasi stabillikdən və iqtisadi potensialın kifayət qədər olmasından xəbər verir.
Aprelin 9-da ölkəmiz yenidən dünyanın diqqətini özünə yönəltdi. ADA Universitetində ənənəvi olaraq keçirilən beynəlxalq tədbirlər sırasına daha biri əlavə olundu. Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirildi. 7-ci dəfə keçirilən Forumda rekord sayda əcnəbi iştirakçının qatıldığını (80 nəfər), onların isə yarıdan çoxunun bu tədbirdə ilk dəfə iştirak etmişdr.
Cənab İlham Əliyev Forumda müzakirə ediləcək məsələlərin hazırkı dünya düzəninə uyğun olduğunu söyləmişdir: “Əminəm ki, dünənki və bugünkü müzakirələr və ekspertlər arasında qarşılıqlı əlaqələr bizə birgə yanaşmaları hazırlamağa və keçən dəfə, ötən il görüşdüyümüzdən bəri tamamilə fərqli olan sürətlə dəyişən dünya ilə bağlı fikirlərimizin mübadiləsinə kömək edəcək.”
Ölkəmizin başçısı ilk növbədə Azərbaycanın beynəlxalq əlaqələrinin son illərdə daha çox şaxələndiyini, yeni çağırışlara cavab olaraq yeni münasibətlər sisteminin yarandığını qeyd edərək, cənub qonşularımızla, o cümlədən, Yaxın Şərq regionundakı ölkələrlə əlaqələrin yüksək səviyyədə inkişafını qeyd etmişdir. Uzunmüddətli əməkdaşlığın qurulmasında maraqlı olan Azərbaycan Avropa İttifaqı və ABŞ ilə, həmçinin Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi, mədəni əlaqələr tərəfdaşlığın bu unikal ab-havasını yaratmağı hədəfləyir.
Təəssüf ki, hələ də bəzi qüvvələr Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəməkdə davam edir. Lakin bütün bu maneələrə baxmayaraq Azərbaycan öz siyasətini davam etdirir, Avropanın enerji təhlükəsizliyinə dəstək olmaqda davam edir. Ölkə başçısı bu prosesin davamlı olduğunu bildirərək demişdir: “Hələ ki, söhbət neft və qazdan gedir. Lakin yaşıl enerjidən elektrik enerjisi yaradılacaq. Bir neçə gün bundan əvvəl Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ənənəvi iclası keçirilmişdir. Onun gündəliyinin bir qismi yaşıl enerjiyə həsr olunmuşdur. Beləliklə, daşımalar, yaşıl enerji, təhlükəsizlik, sabitlik və əlbəttə ki, regionumuzun dövlətçiliyi və müstəqilliyini qorumaq üçün birgə səylər mühüm beynəlxalq amildir.”
Cənab Prezident ABŞ və İsraili təmsil edən Brenda Şafferin sualını cavablandıraraq bildirdi ki, Azərbaycan Ermənistandan fərqli olaraq müharibədə qələbə qazansa da intiqam hissi ilə yaşamamışdır. Halbuki kapitulyasiya edən ölkələrin başına nələr gəldiyini hamı yaxşı bilir. Amma biz normal insan davranışından və özümüzün sadiq olduğumuz müharibə qaydalarından kənara çıxan bir hərəkət etməsək də Ermənistanın dırnaqarası dostları onu yenə də revanşist davranışlara sövq etməkdə davam edirlər. Məhz buna görə də müharibənin bitməsindən beş il ötməsinə baxmayaraq hələ də sülh müqaviləsi imzalanmamışdır. Amma ermənilər bir şeyi başa düşməlidirlər ki, isətr köhnə, istərsə də təzə dostlarına bel bağlamamlıdırlar. Çünki gec-tez həmin dostlar çəkilib gedəcək, biz yenə də üz-üzə qalacağıq.
30 illik işğal dövründə münaqişənin həlli məqsədilə yaradılmasına baxmayaraq, münaqişənin həll edilməsində yox, onun illərlə uzadılmasında mühüm rol oynayan Minsk qrupunun ləğvi gündəlikdə duran əsas məsələlərdən biridir. Təəssüf ki Ermənistandakı kifayət qədər güclü revanşist qüvvələr hələ də bu mənasız və əhəmiyyətsiz qurumun ləğv edilməsinə mane olmaqda davam edirlər: “De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir. Ola bilsin onlar bəzi dəyişiklikləri, onlara üstünlüklər verən müəyyən beynəlxalq vəziyyəti gözləyirlər. “
ABŞ kimi nüfuzlu bir dövlətin Bayden-Blinken komandasının rəhbərliyi dövründə Ermənistana münasibətdə birtərəfli mövqe tutmasının da bu sülh prosesinin kifayət qədər ləngiməsinə səbəb olduğunu Forum iştirakçılarının diqqətinə çatdıran cənab İlham Əliyev bildirdi ki, “Bu, Ermənistan-Azərbaycan münaqişəsi başlayandan bəri ilk dəfə idi ki, rəsmi şəkildə baş verirdi. Bəli, demokratların hakimiyyətdə olduğu bütün administrasiyalar dövründə Ermənistanın necə dəstəkləndiyini biz hamımız bilirdik. Lakin buna baxmayaraq, Amerikanın prosesdə vasitəçilik tarixində heç vaxt onlar Ermənistana münasibətdə birtərəfli mövqe tutmamışdılar.”
Ölkəmizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bütün bunlara baxmayaraq, Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, müstəqil siyasət yürütməkdə siyasi rəhbərliyinin qətiyyətli olduğunu bir daha bildirdi: “Bizim maraqlarımızı, beynəlxalq arenada olan siyasi maraqlarımızı müdafiə etmək üçün kifayət qədər siyasi iradəmiz var və bizi siyasətimizdən döndərəcək hər hansı bir beynəlxalq təzyiqə məruz qoymaq mümkün deyil.”
Çünki bu siyasət Azərbaycan xalqının iradəsinin ifadəsi olaraq həyata keçirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər