Mobil versiya
Azərbaycan XİN fransalı nazirə cavab verdi
Tarix: 14-04-2025 | Saat: 14:35
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan XİN fransalı nazirə cavab verdi

Fransanın Ermənistana öldürücü silahlar verməsi, eləcə də sülhə xidmət etməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi nazir Jan-Noel Barronun regional gərginlikdən narahatlığını ifadə etməsi ilə ziddiyət təşkil edir.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə özünün "X" sosial şəbəkəsində yazıb.

"Bu ikilli yanaşma Fransanın ikiüzlülüyünü ifşa edir. Sülh sazişi layihəsi üzərində işin yekunlaşdırılması mühüm hadisə olsa da, sazişin imzalanması və davamlı sabitlik əsas məsələlərin həllini, xüsusilə Ermənistan Konstitusiyasında ərazi iddialarının aradan qaldırılması və sabitliyi pozan xarici müdaxilələrin, o cümlədən, Fransanın müdaxiləsinin dayandırılmasını tələb edir.

Bundan başqa, bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə mane törətmək təkcə daxili işlərə qarışmaq deyil, həm də bu cür cinayətlərə görə məsuliyyətə cəlb edilmə prosesinə xələl gətirir", - o bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2025