Azərbaycanın nüfuz coğrafiyası genişlənir
Tarix: 14-04-2025 | Saat: 13:59
Bölmə:Siyasət | çapa göndər

Bu gün dünyada gedən yeni, çoxqütblü nizamın formalaşması prosesi planetin müxtəlif bölgələrində ciddi siyasi-iqtisadi gərginliklər, silahlı münaqişələr və hərbi qarşıdurmalarla müşhidə olunmaqdadır. Təbii ki, belə olduğu halda dünya ictimaiyyətini yeni dünya düzəninin necə olacağına, bəşəriyyəti hansı gələcəyin gözlədiyinə dair suallar düşündürməyə və hətta narahat etməyə bilməz. Aprelin 9-da Bakıda, ADA Universitetində keçirilmiş “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda müzakirə olunan məsələlər də bunu bir daha aydın şəkildə göstərmiş oldu.
Məlumdur ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin inteqrasiyası və birgə inkişafı ilə bağlı hər zaman dəyərli təşəbbüslər irəli sürüb. Təşkilata üzv ölkələr və onların rəhbərləri də Azərbaycan Prezidentinin bu istiqamətdəki fikirlərini bölüşür və yüksək qiymətləndirirlər. Cənab Prezident İlham Əliyev öz çıxışında yani yaranan dünya düzənində TDT-nın mühüm aparıcı mövqelərə sahib olması üçün bütün imkanların mövcud olduğunu və belə bir tarixi fürsəti əldən qaçırmamaq üçün səyləri birləşdirmək və daha da artırmaq lazım olduğunu vurğuladı. Qeyd olundu ki, Avropa İttifaqından və digər qlobal siyasi biriliklərdən fərqli olaraq Türk Dövlətləri Təşkilatında milli-mənəvi dəyərlər, mədəniyyət, ənənələr, miqrantlar, tariflər və sairə məsələlərdə narazılıqlar yoxdur və bu, unikal bir hal kimi təşkilata üzv ölkələrə böyük üstünlüklər verir. Həqiqətən də təşkilata üzv ölkələrin yerləşdiyi böyük coğrafiyanı, əhali sayı və demoqrafik göstəriciləri, ən nəhayət hərbi imkanları nəzərə alsaq, TDT-nın ən azından Avrasiya məkanında mühüm qərarların qəbul ediləcəyi mərkəzə çevrilməsinə əslində heç bir ciddi, aradan qaldırılmayacaq əngəlin olmadığını görmək olar.
Belə bir vacib məsələni qeyd etmək lazımdır ki, bu gün Cənubi Qafqazda sülh və sabitliyin əldə olunması artıq çoxdan regional əhəmiyyətli məsələ statusundan çıxıb. İndi bu göstərici həm Avropanın enerji təhlükəsizliyi üçün, həm də Şərq-Qərb iqtisadi-ticari əlaqələrinin inkişafı üçün mühüm amilə çevrilib. Bu baxımdan da Azərbaycan-Ermənistan münasibətləri, sülh prosesinin hazırkı durumu Forumda müzakirə edilən məsələlərdən biri kimi tədbir iştirakçılarını ən çox maraqlandıran mövzulardan olub. Ötən əsrin sonlarında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqazın nisbətən inteqrasiya olunmuş region kimi bütün region xalqlarının bəhrələnə biləcəyi inkişafını mümkünsüz etdi. Halbuki, iqtisadi və nəqliyyat marşrutları və əlbəttə ki, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bu, baş verə bilərdi. Bütün bu seqmentlərdə Azərbaycanla Gürcüstan arasında mövcud olan əməkdaşlıq nümunəsi də bunu təsdiq edir. Lakin Ermənistan işğal və təcavüz siyasəti yürütməklə özünü Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkəsi olmaqdan məhrum etdi. Azərbaycan 2020-ci ildə tarixi Zəfərlə başa çatdırdığı Vətən müharibəsinin və 2023-cü ildə keçirdiyi bir günlük anti-terrot əməliyyatının sayəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi və bu gün ilk növbədə məhz öz regionumuzda davamlı sülhə və inkişafa nail olmaq üçün ciddi şəkildə çalışır. Bununla belə, hadisələrin bundan sonra hansı məcrada inkişaf edəcəyi məhz Ermənistanın da yanaşmasından çox asılı olacaq. Ölkəmizin Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı gözləntiləri məlumdur. Cənab Prezident İlham Əliyev bir daha Azərbaycanın bu məsələdə haqlı və dəyişməz mövqeyini nümayiş etdirərək bildirdi ki, Ermənistanla sülh sazişi imzalandığı təqdirdə əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq və bu, Ermənistana verilən ən böyük tarixi fürsətdir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-04-2025