"Yazılanlara fikir vermirəm" - Mahir Emreli
Tarix: 14-04-2025 | Saat: 12:09
Bölmə:İdman | çapa göndər

“Yalan xəbərlər də daxil olmaqla, haqqımda çox şey danışıldı, yazıldı”.
aia.az xəbər verir ki, bu sözləri Almaniyanın “Nürnberq” komandasının azərbaycanlı hücumçusu Mahir Emreli 2-ci Bundesliqanın XXIX turunda “Kayzerslautern”lə keçirilmiş oyunda vurduğu qolu şərh edərkən deyib.
O, yazılanlara fikir vermədiyini, sakit və israrla öz üzərində işlədiyini bildirib: “Heç vaxt özümə olan hörməti itirmədim. Nəyə görə mübarizə apardığımı göstərdim. Vurduğum qol üç xaldan daha çox mənanı ifadə edir. Bunu mənə inanan hər kəsə - komanda yoldaşlarıma, məşqçilər heyətinə və xüsusən də azarkeşlərə həsr edirəm. İnanılmaz dəstəyinizə görə təşəkkürlər. Növbəti oyunda görüşərik”.
Qeyd edək ki, görüş “Nürnberq”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-04-2025