Azərbaycan Elminin Zərif Səsi
Tarix: 14-04-2025 | Saat: 12:33
Bölmə:Siyasət | çapa göndər

15 aprel Azərbaycan səhiyyə tarixində unudulmaz bir gündür. Bu gün biz elm və şəfqət simvolu, görkəmli alim, akademik Zərifə Əziz qızı Əliyevanın anım gününü dərin ehtiramla yad edirik. Zərifə xanım ömrünü yalnız bir həkim kimi deyil, o cümlədən, fədakar ziyalı, elmin keşiyində duran, insanlara şəfa gətirən bir şəxsiyyət kimi yaşayaraq gələcək nəsillərə örnək olmuşdur.
Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva 1923-cü ilin 28 aprelində Azərbaycanın gözəl guşələrindən olan Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gəlmişdir. Bu tarix, həmçinin onun ailəsi üçün xüsusi əhəmiyyət daşıyan bir gündür. O, böyük dövlət və ictimai-siyasi xadim, alim və şəxsiyyət olan Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya gəlmişdir. Əziz Əliyev, əsrlər boyu Azərbaycanın İrəvan mahalında yaşamış bir ailənin övladı olaraq, 1918-ci ildəki soyqırımın nəticəsi olaraq təhsilini yarımçıq qoyub, ailəsini təqib və təzyiqlərdən qorumaq üçün Şahtaxtı kəndinə köçür. Burada, Zərifə xanımın doğulması, həmin ailənin tarixində əlamətdar bir an olmuşdur. Əziz Əliyev, 1923-cü ilin may ayında Bakıya köçməyi qərara alır, ona görə ki o, təhsilini tamamlayaraq daha yüksək məqsədlərə çatmaq istəyirdi. Bakıda, o, tibb fakültəsini bitirir və aspirantura təhsilini tamamlayaraq elmlər namizədi olur. Qısa bir müddət ərzində doktorluq dissertasiyasını müdafiə edir. 1929-cu ildə 32 yaşında, o, Azərbaycan Səhiyyə Komissarlığında səhiyyə komissarının müavini vəzifəsində işləməyə başlayır.
Zərifə Əliyeva Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynamış, xüsusilə oftalmologiya sahəsində böyük elmi və praktik nailiyyətlərə imza atmışdır. O, hər zaman tibbi elmin xalqın sağlamlığına xidmət etməli olduğunu vurğulayır, nəzəri biliklərlə yanaşı, onların praktiki tətbiqinə də xüsusi önəm verirdi. Bu səbəbdən onun elmi fəaliyyəti sadəcə laboratoriya divarları ilə məhdudlaşmır, respublikanın ən ucqar bölgələrinə qədər çatırdı. Zərifə xanımın elmi fəaliyyətində xüsusi yer tutan istiqamətlərdən biri traxoma kimi yoluxucu göz xəstəliyinə qarşı mübarizə olmuşdur. Bu xəstəlik uzun illər ərzində minlərlə insanın görmə qabiliyyətini zəiflətmiş, bəzən isə tamamilə itirməsinə səbəb olmuşdur. Zərifə Əliyeva bu problemin elmi əsaslarla araşdırılmasına və praktik müalicə üsullarının işlənib hazırlanmasına böyük diqqət ayırmışdır. Onun apardığı genişmiqyaslı tədqiqatlar nəticəsində xəstəliyin yayılma səbəbləri dərindən öyrənilmiş, erkən diaqnostika və effektiv müalicə metodları hazırlanmışdır. Azərbaycanın müxtəlif bölgələrində onun hazırladığı və tətbiq etdiyi müalicə üsulları geniş şəkildə həyata keçirilmiş və əhalinin sağlamlığının qorunmasında mühüm rol oynamışdır. Bu yanaşma təkcə səhiyyənin inkişafına deyil, eyni zamanda insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına mühüm töhfə vermişdir.
Qeyd edək ki, Zərifə xanımın elmi irsi bu gün də aktualdır. Oftalmologiya sahəsində çalışan həkimlər və tədqiqatçılar üçün Zərifə Əliyevanın elmi əsərləri, metodik tövsiyələri və araşdırmaları öyrənilməli, tətbiq edilməli dəyərli mənbələrdir. Onun rəhbərliyi altında müdafiə olunmuş dissertasiyalar, çap olunmuş monoqrafiyalar və elmi məqalələr həm Azərbaycan, həm də beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Zərifə Əliyeva sadəcə bir alim deyildi, həm də yüksək mənəviyyat sahibi bir ziyalı, xalqına və peşəsinə sadiq bir vətəndaş idi. Onun insani keyfiyyətləri, sadəliyi, qayğıkeşliyi, tələbələrə və həmkarlarına olan diqqəti onu hər zaman fərqləndirirdi. Belə ki, Zərifə xanım elmi bilikləri ilə yanaşı, mənəvi zənginliyi ilə də hər kəsin yaddaşında iz qoymuşdur.
15 aprel tarixində biz yalnız böyük bir alimi deyil, həm də elm və mərhəmət simvolunu ehtiramla anırıq. Zərifə xanım Əliyeva elə bir irs qoymuşdur ki, bu irs elm işığında, insan sevgisi və fədakarlıq ruhunda yaşayır. O, Azərbaycan qadınının elmə, cəmiyyətə və insanlığa necə töhfə verə biləcəyinin ən parlaq nümunələrindən biridir. Onun adı bu gün də Azərbaycanın tibb tarixində qürurla çəkilir, yaddaşlarda isə əbədi yaşayır. Azərbaycanda regional əhəmiyyət kəsb edən göz xəstəlikləri və xüsusilə peşə ilə əlaqəli olan göz xəstəliklərinə dair ətraflı araşdırmalar aparmaq, o cümlədən bu xəstəliklərin müalicəsi və profilaktikası üçün effektiv üsulların işlənib hazırlanması vacib idi. Zərifə xanım da gözlərə işıq gətirmək, təbiətin gözəlliklərinə, müxtəlif rənglərin harmoniyasına həsrət qalan insanlara həyat sevincini geri qaytarmaq istəyirdi.
Zərifə xanım, 1985-ci ilin aprelin 15-də, həyatının 62-ci ilində Moskva şəhərində vəfat etdi. Onun cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda atasının məzarının yanında dəfn olundu.
Allah rəhmət eləsin.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-04-2025