Mobil versiya
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Şəki şəhərində yanğından zərər çəkmiş ailəyə göstərib -Fotolar
Tarix: 14-04-2025 | Saat: 15:05
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Şəki şəhərində yanğından zərər çəkmiş ailəyə göstərib

11 aprel 2025-ci il tarixində Şəki şəhərində baş vermiş yanğın nəticəsində şəhər sakini Məmmədzadə Şəfəq Aydəmir qızının yaşadığı ev tamamilə yanaraq yararsız hala düşmüşdür. Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən zərərçəkmiş ailəyə zəruri humanitar yardım göstərilib.

Tədbirdə AzQAC-ın İcraçı Katibinin müavini Elşən Səlimzadə, Şəki rayon bölməsinin sədri və müavini – Səbuhi Mustafayev və Şahnaz İmamverdiyeva, Sumqayıt şəhər bölməsinin sədri Şəhriyar Əliyev, həmçinin Kəlbəcər rayon bölməsinin sədri Gəncəli Mehdiyev iştirak ediblər.

Cəmiyyət tərəfindən təqdim olunan yardımlar çadır, döşəklər, soba, adyallar, gigiyenik vasitələr, qazan dəstləri, qab-qacaq, isti geyimlər və digər gündəlik istifadə üçün nəzərdə tutulmuş geyimlərdən ibarət olub. Ailənin tərkibində həm qız, həm də oğlan uşağının olması nəzərə alınaraq, təqdim edilən bütün yardımlar onların yaş və cinsiyyətinə uyğun şəkildə təmin edilib.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti fövqəladə hallarda və təbii fəlakətlər zamanı zərərçəkmiş şəxslərə operativ dəstəyin göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir. Cəmiyyət, öz humanitar missiyasına uyğun olaraq, gələcəkdə də belə hallarda ehtiyacı olan ailələrin yanında olmağı qarşısına məqsəd qoyur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2025