Aprelin 15-i akademik Zərifə Əliyevanın anım günüdür
Tarix: 11-04-2025 | Saat: 17:30
Bölmə:Siyasət | çapa göndər

Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anma günüdür.
Görkəmli akademik, Azərbaycanda oftalmologiya elminin inkişafında xüsusi xidmətləri olan Zərifə xanım Əliyevanı xəstələri xeyirxahlıq Mələyi adlandırırdı
Bəzi insanların teleyinə yazılan ömur payının əvvəl və sonuncu tarixlərinin eyni aya , fəslə təsadüf etməsi tək-tək hallarda rast gəlinir. Bu, «təsadüfün» hansı əlamətlərdən xəbər verdiyini söyləmək çətindir. Əsas odur ki, Tanrının bəxş etdiyi bu qismət ilə başqalarına xeyirxahlıq əlini uzadasan, kimisə sevindirəsən, arxa, kömək olasan. Ailənin, cəmiyyətin sevimlisinə çevrilən, mənəvi keyfiyyətlərini qısa- 62 illik ömrünə sığışdıran Zərifə xanım Əliyeva xəstələri üçün xeyirxahlıq mücəssəməsi idi.
1923-cü ilin aprel ayının 28-də dünyaya göz açan Zərifə xanım 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşsa da, qısa həyat yolunda göstərdiyi fədakarlıqları ilə bu gün də xatirələrdə, özündən sonra yadigar qoyduğu və davam etdirilən elmi tədqiqatları, müalicə metodları ilə yaşayır. Gözəl insan, qayğıkeş həkim. Bu iki sözdə böyük məna vardır. Çünki insanlara şəfalı əlləri ilə həyat verən həkim qayğıkeş olanda, xəstə üçün narahatlıq keçirib, nəvazişi ilə belə onu sağaldanda xəstəlik «ağ bayraq» qaldırır.
Zərifə xanımı tanıyanların, onun haqqında xatirələrini bölüşdürənlərin ilk sözü bu olur: Zərifə xanım gözəllik, mərhəmət ilahəsi idi. Tanrının seçilən, sevimli bəndələrindən olan Zərifə xanım tipik Şərq qadını, ailəsini, ocağını qoruyan, cəfakeş həyat yoldaşı, etibarlı dost, övladlarını əsl vətənpərvər kimi yetişdirən və hamıya nümunə olan bir ana obrazı idi. Zərifə xanıma sədaqətini « Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduguma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib… Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda qəmli günümdür. On il keçsə də , mən bu qəmdən ayrıla bilmirəm» sözləri ilə bildirən ulu öndər Heydər Əliyev sədaqətli ömür-gün yoldaşına vəfa borcunu Naxçıvan şəhərindəki Zərifə Əliyeva adına poliklinikanın açılışında fəxri kitabda yazdığı sözləri ilə də təsdiqləyir: « Mənim ömür-gün yoldaşım mərhum Zərifə xanımın adını daşıyan poliklinika ilə tanış olmaq, onun xatirəsinə həsr edilən guşəni seyr etmək məni dərin hissiyatlara gətirdi. Xatirimdən heç vaxt çıxmayan, mənim üçün çox əziz olan insanın həyat və yaradıcılığını əks etdirən bu guşə məni coşdurdu. Bunlar hamısı onun insani keyfiyyətlərinə, böyklüyünə, böyük elmi və həkimlik xidmətlərinə layiqli abidədir. Bu xeyirxah işdə zəhmət çəkənlərin hamısına təşəkkür edirəm. Heydər Əliyev»
Zərifə xanım həyatının mənasını təşkil edən peşə seçimi ilə deyil, ömür- gün yolunu müəyyənləşdirəndə də ağlın hikmətinə sığındı. Sağlam düşüncəsi, insanları tanımaq qabiliyyəti ilə bu sınaqdan da uğurla çıxdı. İctimai - siyasi xadim Əziz Əliyevin sevimli qızı Zərifə Azərbaycan xalqının sevimlisi, ulu öndər Heydər Əliyevi seçəndə də yanılmadı. Əfsanəyə çevrilən Heydər Əliyev və Zərifə xanım Əliyevanı birləşdirən tale yolları bu cütlüyə daim uğur gətirdi.
Mələk simalı Zərifə xanımı insanlığı formalaşdıran xeyirxahlıq simvolu adlandıranların sözlərində həqiqət vardır. Bütün varlıqların işıqdan yarandığı, nurla gözəlləşdiyi şəksizdir. Peşəsinin vurğunu olan Zərifə xanım ailəsinə də analıq şəfqəti ilə nur gətirdi. Tanınmış dövlət xadimi, təcrübəli siyasətçi ulu öndər Heydər Əliyev kimi bir dahinin həyat yoldaşı olmaq çətin, məsuliyyətli, eyni zamanda şərəfli idi. Sevib-seçdiyi peşəsində özünü təsdiqləyən Zərifə xanım
qayğıkeş ana kimi övladlarını Vətənə məhəbbət ruhunda tərbiyə etmiş Azərbaycan xalqını dünyada tanıdan , adı məşhur liderlərlə qoşa çəkilən Prezident İlham Əliyev kimi siyasətçini xalqımıza bəxş etmişdi.
Sədaqətli ömür gün yoldaşı, bəşəri dəyərlərə hörmətlə yanaşan, yüksək mədəniyyəti ilə də seçilən ziyalılardan olan Zərifə xanım Əliyevanı nümunə göstərən «Heydər Əliyev: Tale yolları» kitabının müəllifi Nikolay Zenkoviç yazır: «Mən Siyasi Büro üzvlərinin arvadları barədə bioqrafik məlumatları diqqətlə araşdırmışam, müqayisə etmişəm. Hansı nəticəyə gəlmişəm. Aydın olub ki, onlar arasında ən savadlı qadın Siyasi Büro üzvü Heydər Əliyevin xanımı olub. O, hətta Sov. İKP MK baş katibinin arvadı Raisa Maksimovnadan da savadlı idi. Özü də təkcə savadlı yox, Zərifə xanım hərtərəfli bir şəxsiyyət idi. SSRİ siyasi rəhbərlərinin o biri üzvlərinin evdar qadın olan maraqsız arvadlarından fərqli olaraq Heydər Əliyevin həyat yoldaşı dünyada tanınan bir insan idi.»
Zərifə xanımın ictimai işlərdə fəallığını, cəmiyyətdə tutduğu mövqeyi yüksək dəyərləndirən, onun övladları barədə də münasibətini bildirən müəllif yazır: « Yuxarılarda» əyləşən 229 nəfərin uşaqlarından ən böyük uğur qazananlar 3 nəfərdir. Birinci yerdə Heydər Əliyevin oğlu İlham durur. O, Azərbaycan Respublikasının prezidentidir. Siyasi Büronun o biri üzvlərinin övladlarından heç biri bu cür böyük uğura nail olmamışlar. Dünyanın aparıcı dövlətlərinin başçıları ONU səmimi qəbul etmişlər, onunla yaxşı, işgüzar münasibətlər qurmuşlar.» Bu qiymət bir ana kimi də Zərifə xanıma verilən dəyərdir
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-04-2025
11-04-2025