Mobil versiya
Köçəryan bizim kombinatda dəzgahları yağlayırdı, sonradan komsomol katibi oldu
Tarix: 11-04-2025 | Saat: 15:56
Bölmə:Gündəm | çapa göndər

Köçəryan bizim kombinatda dəzgahları yağlayırdı, sonradan komsomol katibi oldu

Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş Nazeykə Atakişiyeva ifadə verib və sualları cavablandırıb.

aia.az Report-a istinadən xəbər verir ki, 1954-cü ildə Xankəndi şəhərində anadan olmuş və orada yaşamış N. Atakişiyeva ermənilərin Xankəndidə yaşayan azərbaycanlılara münasibətinin yaxşı olmadığını, 1988-ci ilin fevralından isə bu münasibətin çox pis şəkildə dəyişdiyini bildirib.

N.Atakişiyeva Xankəndidə yerləşən Qarabağ İpək Kombinatında toxucu işlədiyini, Robert Köçəryanın həmin kombinatda dəzgahların yağlanması işinə baxdığını, sonradan komsomol katibi keçdiyini, azərbaycanlılara qarşı fəaliyyətdə əsas adamlardan biri olduğunu bildirib.

“1988-ci ilin fevralından başlayaraq iş yerindən çıxanda bizi saqqallılar gözləyirdi. Onlar Xankəndidən deyildilər”, - deyə o qeyd edib.

O, yaşadığı evin qarşısında ermənilər tərəfindən daşlandığını, təhqir olunduğunu deyib və əlavə edib: “Evimizin qapısını döyürdülər, söyürdülər ki, buradan gedin, burada biz yaşayacağıq”.

Zərərçəkmiş şəxs 1988-ci ilin fevralında evinin talan edilərək dağıdıldığını, həmin vaxt Ağdama getdiklərini deyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-04-2025