Mobil versiya
Ərdoğan: Türkiyə yerləşdiyi coğrafiyanın sahibidir
Tarix: 11-04-2025 | Saat: 17:15
Bölmə:Manşet / Dünya | çapa göndər

Ərdoğan:

Türkiyə yerləşdiyi coğrafiyanın sahibidir.

aia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində danışıb.

O qeyd edib ki, diplomatiya sahəsində Antalya Diplomatiya Forumu qlobal bir brendə çevrilib:

“Bu gün burada münaqişələrin yerinə dialoqu, güc yarışı yerinə ədalətli yanaşmanı müdafiə etdiyimizi göstəririk. Qlobal diplomatiyanın ürəyi üç gün ərzində Antalyada döyünəcək. İnsanlıq texnoloji yeniliklərə uyğunlaşdığı dövrdə beynəlxalq sistemin böhranları aradan qaldırma iqtidarında olmadığına şahidlik edirik. Dünya beşdən böyükdür, çünki insanlıq beşdən böyükdür".

Türkiyə Prezidenti vurğulayıb ki, ölkəsi yerləşdiyi coğrafoyada sabitliyin bərqərar edilməsini istəyir:

“Biz problemlərdən kənarda yerləşən ölkə deyilik. Tarixboyu Türkiyə imperialist oyunlarla, gərginliklərlə əhatələnib. Rəqabətin ən mənfi təsir göstərdiyi coğrafiyada yerləşirik. Biz bu coğrafiyanın sadəcə sakinləri yox, həm də sahibləriyik. Min ildir buradayıq və burada da qalacağıq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-04-2025