Mobil versiya
“Embawood”da qalmaqal: menecer İŞDƏN ÇIXARILDI
Tarix: 11-04-2025 | Saat: 16:19
Bölmə:Karusel / Ölkə | çapa göndər

“Embawood”da qalmaqal:

“Embawood” mebel istehsalı şirkətinə qalmaqal baş verib. Belə ki, şirkətin marketinq meneceri işdən çıxarılıb.

aia.az Modern.az-a istinadən xəbər verir kiki, “Embawood” marketinq meneceri vəzifəsinin tutulması üçün bu gün vakansiya elan edib.

Vakansiya üzrə işləyəcək şəxsin tələb olunan əsas bacarıqları sırasında şirkətin PR və reklam siyasətini, eləcə də reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarını hazırlaya bilməsi mövcuddur.

Şirkətin bu vakansiya üzrə qoyduğu əsas tələblərə gəlincə isə əməkdaşın müvafiq sahə üzrə ali təhsilli olması, müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsinə malik olması, rus və ingilis dilini bilməsi, yaradıcı, məsuliyyətli, kreativ olması əsas şərtlərdəndir.

Ehtimallara görə, “Embawood”un marketinq menecerinin işdən çıxarılması dünənki qəzadan görüntüləri montaj edərək reklam paylaşımı etməsilə bağlıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-04-2025