Mobil versiya
Qarabağ Universitetində Kənd təsərrüfatı fakültəsi açılacaq - Rektor
Tarix: 08-04-2025 | Saat: 12:53
Bölmə:Karusel / Təhsil | çapa göndər

Qarabağ Universitetində Kənd təsərrüfatı fakültəsi açılacaq -

2026-cı ildə Qarabağ Universitetində Kənd təsərrüfatı fakültəsi açmağı planlaşdırırıq.

aia.az APA-ya istinadən xəbər verir ki, bunu Xankəndi şəhərindəki Qarabağ Universitetində keçirilən 7-ci ADA Siyasi Forumundakı çıxışı zamanı Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.

O, eyni zamanda, həmin il üçün rəhbərlik etdiyi ali təhsil ocağının digər planlarından bəhs edib:

“2026-cı ildə həmçinin universitetin digər filiallarında İncəsənət və Turizm fakültələri də açılacaq. Bu o deməkdir ki, 2026-cı ildə ölkənin üç ayrı bölgəsində fakültələrimiz fəaliyyət göstərəcək. Bu da Qarabağ Universitetinin qlobal mobilliyin əsas aparıcı qüvvələrindən birinə çevrilməsində önəmli faktor olacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2025