Mobil versiya
TBMM Milli müdafiə komitəsinin sədri Hulusi Akar ilə görüşdə -Foto
Tarix: 16-04-2025 | Saat: 16:55
Bölmə:Parlament | çapa göndər

TBMM Milli müdafiə komitəsinin sədri Hulusi Akar ilə görüşdə

Aprelin 16-da Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) Milli müdafiə komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonaqları salamlayan Ziyafət Əsgərov bildirib ki, bu gün Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər qardaşlıq və dostluğun ən yüksək zirvəsidir və dövlət başçılarımızın imzaladığı Şuşa Bəyannaməsi bu müttəfiqliyimizin hüquqi çərçivəsini təşkil edir.
Ziyafət Əsgərov bildirib ki, müstəqil siyasət yürüdən Türkiyə və Azərbaycana təzyiqlər var və bu təzyiqləri dəf etmək üçün səylərimizi birləşdirməli, daha güclü olmalıyıq. O, Azərbaycan və Türkiyə, həmçinin türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
TBMM-in Milli müdafiə komitəsinin sədri Hulusi Akar bildirib ki, hər iki ölkə milli təhlükəsizliyin qorunması və cəmiyyətin rifahı naminə bütün lazım addımları həyata keçirir. O, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin səmimiyyət və qardaşlığa əsaslandığını qeyd edərək, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın dostluğu sayəsində əməkdaşlığımızın bundan sonra daha da inkişaf edəcəyini bildirib.
Hulusi Akar Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı mövqeyini çox yüksək qiymətləndirdiklərini vurğulayıb¸ Türk dövlətləri arasında əməkdaşlığın ortaq təhdidlərə qarşı birgə mübarizə, regional təhlükəsizlik və sabitlik baxımından əhəmiyyəti barədə danışıb.
Görüş tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi ilə davam etdirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025