Mobil versiya
Azərbaycan və Türkiyə parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrləri görüşüb
Tarix: 16-04-2025 | Saat: 16:59
Bölmə:Parlament | çapa göndər

Azərbaycan və Türkiyə parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrləri görüşüb

Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev aprelin 16-da ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri Hulusi Akar ilə görüşüb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonaqları salamlayan Arzu Nağıyev bildirib ki, mütəmadi həyata keçirilən komitələrarası görüşlər təqdirəlayiq haldır. O, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqlarımızın və ölkələrimizin ortaq maraqlarına xidmət etdiyini deyib, dost və qardaş ölkələrimizə qarşı olan hər hansı bir təhdidin, təhlükənin qarşısını almaq üçün birgə səy göstərilməsinin əhəmiyyətini vurğulayıb.
Komitə sədri cənab Prezident İlham Əliyevin apardığı müstəqil siyasətinin Azərbaycanın milli maraqlarının və suverenliyinin qorunmasına, regionda və dünyada sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. O, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyib, qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsində parlamentilərimizn üzərinə düşən vəzifələrdən danışıb.
Göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Hulusi Akar deyib ki, onlar hər səfərlərində Azərbaycandan böyük məmnuniyyət və ruh yüksəkliyi ilə ayrılırlar. Ölkələrimiz və xalqlarımız arasındakı birliyin önəmini vurğulayan Hulusi Akar kənar qüvvələrdən gələn təhdidlərin qarşısını almaq, təhlükəsizliyi təmin etmək, vətəndaşların rifahını qorumaq üçün müvafiq tədbirlərin alınmasının vacibliyini qeyd edib.
İclasda Milli Məclisin deputatları - Aydın Mirzəzadə, Səbinə Salmanova, habelə TBMM millət vəkilləri Refik Özen, Zuhal Karakoç Dora, Abdürrahim Dusak və Aşkın Genç çıxış ediblər, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi barədə fikirlərini bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025