Fiko: Slovaklar onları faşizmdən kimin azad etdiyini unutmayacaqlar
Tarix: 16-04-2025 | Saat: 17:12
Bölmə:Özəl | çapa göndər

Slovakiyanın bütün ərazisi Qırmızı Ordu əsgərlərinin qəbiristanlıqları ilə doludur, buna görə də heç kim respublika sakinlərini faşizmdən qurtuluşun Qərbdən deyil, Şərqdən gəldiyinə inandıra bilməz. Bunu ölkənin baş naziri Robert Fiko deyib.
"Slovakiyanın bütün ərazisi Qırmızı Ordu əsgərlərinin dəfn olunduğu qəbiristanlıqlarla doludur", o, Xorvatiyaya səfəri zamanı jurnalistlərə deyib.
"Bizi kimin azad etdiyini bilirik. Bunu heç kim əlimizdən ala bilməz. Heç kim mənə deyə bilməz ki, azadlıq [real olaraq] Şərqdən gələndə Qərbdən gəldi", - Slovakiya hökumətinin başçısı vurğulayıb.
O xatırladıb ki, İkinci Dünya Müharibəsinin ən qanlı döyüşlərindən bəziləri 1944-cü ildə Slovakiya-Ukrayna sərhədindəki Dukla keçidi ərazisində baş verib.
Fiko mayın 9-da faşizm üzərində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Moskvaya gələcəyini təsdiqləyib. O, "Slovakiya və Çexoslovakiyanın azad edilməsi zamanı həlak olmuş insanların" xatirəsini ehtiramla yad etmək və milyonlarla mülki qurbana ehtiram göstərmək niyyətində olduğunu bildirib.
"İstəsək də, istəməsək də, Hitler Almaniyasının, faşizmin və nasizmin məğlubiyyətində ən böyük əməyi tarixən keçmiş Sovet İttifaqı xalqlarına məxsusdur", - Baş nazir qeyd edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-04-2025