Mobil versiya
Əhməd İsmayılov Aida Balayeva ilə görüşüb - FOTOLAR
Tarix: 16-04-2025 | Saat: 16:01
Bölmə:Media | çapa göndər

Əhməd İsmayılov Aida Balayeva ilə görüşüb -

Astanada təşkil olunan II Mərkəzi Asiya Media Forumu çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Qazaxıstan mədəniyyət və informasiya naziri Aida Balayeva arasında ikitərəfli görüş keçirilib.

aia.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin, qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin, yeni təşəbbüslərin həyata keçirilməsinin önəmi vurğulanıb.

Bununla yanaşı, tərəflər arasında imzalanmış anlaşma memorandumundan irəli gələn məsələlərə toxunulub, media sahəsində mütəxəssislərin hazırlanması, saxta və etibarsız məlumatların yayılmasına qarşı mübarizə üsullarına dair təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025