Ana Sayfa > Karusel / Təhsil > Qarabağ Universitetində Kənd təsərrüfatı fakültəsi açılacaq -
Qarabağ Universitetində Kənd təsərrüfatı fakültəsi açılacaq -8-04-2025, 12:53. Yazar: sevinc1 |
![]() 2026-cı ildə Qarabağ Universitetində Kənd təsərrüfatı fakültəsi açmağı planlaşdırırıq. aia.az APA-ya istinadən xəbər verir ki, bunu Xankəndi şəhərindəki Qarabağ Universitetində keçirilən 7-ci ADA Siyasi Forumundakı çıxışı zamanı Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib. O, eyni zamanda, həmin il üçün rəhbərlik etdiyi ali təhsil ocağının digər planlarından bəhs edib: “2026-cı ildə həmçinin universitetin digər filiallarında İncəsənət və Turizm fakültələri də açılacaq. Bu o deməkdir ki, 2026-cı ildə ölkənin üç ayrı bölgəsində fakültələrimiz fəaliyyət göstərəcək. Bu da Qarabağ Universitetinin qlobal mobilliyin əsas aparıcı qüvvələrindən birinə çevrilməsində önəmli faktor olacaq”. aia.az Geri dön |