Mobil versiya
UNEC nəzdində Sosial İqtisad Kollecinin tələbələri Respublika turunun qalibi olublar -Fotolar
Tarix: 07-04-2025 | Saat: 16:45
Bölmə:Özəl | çapa göndər

UNEC nəzdində Sosial İqtisad Kollecinin tələbələri Respublika turunun qalibi olublar

Bu gün Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-cü ildönümünə həsr olunmuş  “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin Respublika üzrə peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında rəqs və şeir müsabiqəsinə yekun vurulub.

aia.az xəbər verir ki, müsabiqədə UNEC nəzdində Sosial İqtisad Kollecinin "Bank işi" şöbəsinin tələbəsi Ümüd Orucov və “Mühasibat uçotu” şöbəsinin tələbəsi Arzu Cavadova rəqs nominasiyası (duet) üzrə I  yerə layiq görülüblər.

Bu münasibətlə qalibləri təbrik edir və onlara gələcək müsabiqələrdə uğurlar arzulayırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-04-2025