Gürcüstandakı Anaklia Limanı uzaqgörən bir layihədir - Jan De Nul
Tarix: 07-04-2025 | Saat: 20:47
Bölmə:Özəl | çapa göndər

Belçika şirkətinin nümayəndəsi bildirib ki, Anakliada dəniz infrastrukturunun yaradılması üzrə işlər sürətlə davam edir.
Gürcüstanın qərbindəki kurort kəndindəki Anaklia dərin su limanı Orta Dəhliz boyu yük daşımalarını daha səmərəli edəcək perspektivli layihədir, Belçika şirkətinin Gürcüstan filialının direktoru Tim Devolder bildirib.
Belçikanın Jan De Nul şirkəti Anaklia limanının dəniz infrastrukturunun layihələndirilməsi və tikintisi üzrə tenderin qalibi olub. Dərin dəniz limanının tikintisinə 2024-cü ilin sentyabrında başlanılıb. Birinci mərhələdə dəniz limanının akvatoriyasının dərinləşdirilməsi və dalğaqıran tikintisi planlaşdırılır. Dənizdə işlər, müqaviləyə əsasən, üç il ərzində tamamlanacaq.
"Anaklia Limanı layihəsi şirkətimiz üçün də xüsusidir. Bu, regiondakı vəziyyəti dəyişəcək uzaqgörən bir layihədir. Layihə sayəsində malların Asiyadan Avropaya daşındığı Orta Dəhliz daha səmərəli olacaq. Beləliklə, şirkətimiz Jan De Nul olması lazım olan yerdədir" dedi Devolder.
Şirkətin Gürcüstan nümayəndəliyinin rəhbərinin qeyd etdiyi kimi, Anakliada dəniz infrastrukturunun yaradılması üzrə işlər sürətlə davam edir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-04-2025