Mobil versiya
Teymur Musayev: Mərkəzi Asiyanın vərəmlə mübarizəsi Transxəzər təşəbbüsünə çevrilməlidir
Tarix: 07-04-2025 | Saat: 18:00
Bölmə:Gündəm | çapa göndər

Teymur Musayev:

"Vərəmdən azad Mərkəzi Asiya" təşəbbüsü Transxəzər təşəbbüsünə çevrilməlidir ki, bu xəstəliklə birgə mübarizədə uğur əldə edilsin.

aia.az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Astanada keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin 5-ci görüşü çərçivəsində Qazaxıstan, Türkiyə, Azərbaycan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın iştirakı ilə vərəmlə bağlı müşavirədə çıxışı zamanı bildirib.

Nazir həmçinin Azərbaycanda bu ciddi xəstəliklə mübarizədə əldə edilən uğurlardan danışıb: “Xəstəliklə mübarizədə əhəmiyyətli irəliləyişə nail olunub. 2014-cü illə müqayisədə 40 faiz azalma qeydə alınıb”.

"Bu, diaqnostikanın keyfiyyətinin artırılması, molekulyar-genetik metodların tətbiqi sayəsində əldə edilib. Çünki aşkarlama, ilk növbədə dərmanlara davamlı formaların aşkarlanması yaxşılaşıb. Əsas epidemioloji göstəricilər 100 min nəfərə düşən 45 haldan 25-ə qədər azalmadır", - T.Musayev bildirib.

O əlavə edib ki, hazırda müalicənin uğurluluğu həssas formalar üçün 85 %, rezistentlik formalar üçün isə 65 % təşkil edir.

T.Musayev, həmçinin Azərbaycanda 2030-cu ilə qədər vərəmlə mübarizə strategiyası üzrə milli proqramın hazırlandığını qeyd edib.

"Hesab edirik ki, vərəmlə mübarizədə bəzi köhnəlmiş yanaşmalar prinsip etibarilə uğursuzluğa məhkumdur. Hər dəfə hansısa mutasiyalar aşkar edildikdə, biz daim həmkarlarımızla təcrübə mübadiləsi aparırıq. Bu baxımdan, mən bugünkü təşəbbüsə uğurlar arzulamaq və onun Transxəzər təşəbbüsünə, Qərbə doğru inkişaf etməsini istərdim", - nazir yekunlaşdırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-04-2025