Ana Sayfa > Özəl > UNEC nəzdində Sosial İqtisad Kollecinin tələbələri Respublika turunun qalibi olublar

UNEC nəzdində Sosial İqtisad Kollecinin tələbələri Respublika turunun qalibi olublar


Dünən, 16:45. Yazar: sevinc1
UNEC nəzdində Sosial İqtisad Kollecinin tələbələri Respublika turunun qalibi olublar

Bu gün Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-cü ildönümünə həsr olunmuş  “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin Respublika üzrə peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında rəqs və şeir müsabiqəsinə yekun vurulub.

aia.az xəbər verir ki, müsabiqədə UNEC nəzdində Sosial İqtisad Kollecinin "Bank işi" şöbəsinin tələbəsi Ümüd Orucov və “Mühasibat uçotu” şöbəsinin tələbəsi Arzu Cavadova rəqs nominasiyası (duet) üzrə I  yerə layiq görülüblər.

Bu münasibətlə qalibləri təbrik edir və onlara gələcək müsabiqələrdə uğurlar arzulayırıq.
Geri dön