Mobil versiya
“Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Laçın rayon təşkilatı rayonun 33 nömrəli tam orta məktəbində tədbir keçirmişdir. -Fotolar
Tarix: 07-04-2025 | Saat: 17:09
Bölmə:Özəl | çapa göndər

“Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Laçın rayon təşkilatı rayonun 33 nömrəli tam orta məktəbində tədbir keçirmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə və prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Təşkilat sədri son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasında aparılan geniş islahatları, ölkəmizdə partiya quruculuğu sahəsində əldə edilmiş mühüm nailiyyətləri vurğulayaraq, bu barədə fikir mübadiləsi aparmışdır.

Laçın rayon 33 nömrəli tam orta məktəbinin direktoru Nəcibə Hətəmova çıxış edərək müstəqil Azərbaycan Respublikasında bütün sahələr üzrə qazanılmış uğurlarda Yeni Azərbaycan Partiyasının özünəməxsus böyük payı, rolu və xidmətləri olduğunu bildirmişdir.

Sonda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə YAP vəsiqələri təqdim olunmuş və xatirə şəkilləri çəkilmişdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-04-2025