Argentina prezidenti Zelenski ilə birgə çəkilmiş bütün fotoşəkilləri sosial şəbəkələrdən yığışdırıb
Tarix: 04-03-2025 | Saat: 22:02
Bölmə:Özəl | çapa göndər

Argentina prezidenti Xavyer Miley Ağ Evdəki qalmaqaldan sonra Vladimir Zelenski ilə bütün birgə fotolarını sosial şəbəkələrdəki səhifələrindən silib. Bu barədə “İzvestiya” yazır.ABŞ prezidenti Donald Trampla Ukrayna lideri arasında görüş fevralın 28-də Oval kabinetdə baş tutub. Tərəflər bir sıra mühüm məsələlərdə konsensusa gələ bilmədilər, söhbət gərgin şəraitdə keçdi.
Nəticədə resurs sövdələşməsi pozuldu, mətbuat konfransı ləğv edildi və Zelenskiyə Ağ Evi tez bir zamanda tərk etmək tövsiyə edildi.Qəzetin yazdığına görə, Argentinanın liberter prezidenti açıq və ardıcıl şəkildə Kiyevə tam dəstəyini ifadə edib, Ukraynanı dəstəklədiyini bildirib, beynəlxalq tədbirlərdə ukraynalı həmkarı ilə birgə fotolar çəkdirib.
Son həftələr ekspertlərin fikrincə, Buenos-Ayresin Kiyevlə bağlı mövqeyi dəyişib. Xüsusilə, ölkə ABŞ-la birlikdə BMT-də Rusiya əleyhinə bəyannaməni dəstəkləməyib.
Bölgə ölkələrinin əhəmiyyətli bir hissəsi də bəyannamənin qəbuluna səs verməkdən imtina edib. Jurnalistlər onların arasında Braziliya, Haiti, Nikaraqua, Kosta-Rika, Dominikan Respublikası və El Salvadorun olduğunu qeyd ediblər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər