Mobil versiya
Baltikyanı ölkələr daha onlarla gürcü məmurunu persona non qrata elan ediblər
Tarix: 04-03-2025 | Saat: 21:55
Bölmə:Özəl | çapa göndər

Baltikyanı ölkələr daha onlarla gürcü məmurunu persona non qrata elan ediblər

Baltikyanı ölkələr “Gürcü Arzusu”nun nümayəndələrinə, məmurlara və hakimlərə qarşı sanksiyaları genişləndirib, onlarla insanı persona non-qrata elan ediblər.

Ən böyük siyahıya Litva sahibdir - 74 Gürcüstan vətəndaşı. Litva Xarici İşlər Nazirliyinin saytında bildirilir ki, sanksiya siyahısına Gürcüstan Konstitusiya Məhkəməsinin yeddi hakimi, o cümlədən “jurnalist Mzia Amaqlobelinin əleyhinə yalan ifadə verən və onun qanunsuz həbsinə töhfə verən” digər hakimlər, prokurorlar və polis məmurları da var.Siyahıya Estoniya 55, Latviya 16 nəfər daxil olub.

Litvanın xarici işlər naziri Kestutis Budris:
“Litva 74 gürcü məmurunu Gürcüstanda ciddi insan haqları pozuntuları və repressiyalara görə ölkəyə girişi qadağan olunmuş şəxslər siyahısına əlavə edib. Biz gürcü xalqını demokratiya və Avropa gələcəyinə aparan səylərində dəstəkləyirik”.Estoniyanın xarici işlər naziri Marqus Tsahkna:
“Biz sanksiya siyahısına daha 55 Gürcüstan vətəndaşını əlavə etdik. Buraya hakimlər, prokurorlar, polis məmurları və komissarlar, platforma yaradıcıları və məhkəmə və hüquq-mühafizə orqanları vasitəsilə etirazçıların təqibinə cəlb edilmiş parlament üzvləri daxil idi. Bu şəxslər ya zorakılıq tətbiq edib, ya da hədələyiblər.

Gürcüstanda etirazçılara, jurnalistlərə və müxalifət liderlərinə qarşı zorakılığın tətbiqi yolverilməzdir, cinayətdir və insan hüquqlarının pozulmasıdır”.

Latviyanın xarici işlər naziri Baiba Braze:
“Mən 16 Gürcüstan vətəndaşını Latviyanın persona non qrata siyahısına əlavə etdim və onlara qeyri-məhdud müddətə ölkəyə girişini qadağan etdim. Bu qərar İmmiqrasiya Qanununun 61(2) maddəsinə uyğun olaraq qəbul edilir”.
Ötən ilin dekabrında Şimali və Baltikyanı ölkələr Gürcüstanın daha böyük qütbləşmə və böhrana doğru getməsindən narahatlığını ifadə ediblər. Müraciət müəllifləri bildiriblər ki, Gürcüstan hakimiyyəti Avropanın gələcəyinə mane olan narahatedici yol seçib.

Eyni zamanda, Litva, Latviya və Estoniya Gürcüstanın yüksək rütbəli məmurlarına qarşı ilk sanksiyaları tətbiq ediblər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-03-2025