Mobil versiya
Bakıda “Dayanıqlı Tikinti Zirvəsi” adlı tədbir keçiriləcək
Tarix: 04-03-2025 | Saat: 11:04
Bölmə:Ölkə | çapa göndər

Bakıda “Dayanıqlı Tikinti Zirvəsi” adlı tədbir keçiriləcək

10 aprel 2025-ci il tarixində Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA) və “PMD Projects” MMC-nin birgə təşkilatçılığı ilə “The Ritz Carlton” hotelində “people. planet. prosperity.” konsept mesajı ilə ikinci “Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsi) tədbiri keçiriləcəkdir.

Zirvə bir bütöv günü əhatə etməklə rəsmilərin açılış nitqlərindən, Azərbaycanda keçirilmiş COP29 təşəbbüslərinə dəstək məqsədilə imzalanmış “Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi” üzrə müzakirələrə həsr olunmuş “Follow-up” adlı Davos tipli paneldən, pmo.az-ın dəstəyi ilə keçiriləcək vörkşopdan, eləcə də “The Builder’s Awards” təltifetmə mərasimindən ibarət olmaqla 7 spiker, həmçinin 250 nəfərə yaxın rəhbər, idarəçi və qərarverici şəxslərin iştirakı ilə təşkil olunacaqdır. Eyni zamanda tədbirdə Türkiyənin ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “NEF”in İdarə Heyətinin sədri və “Galatasaray”ın sabiq rəhbərlərindən biri olan nüfuzlu iş adamı Erden Timur da yer alacaq. O, tədbir çərçivəsində dayanıqlı tikintinin gələcəyi, daşınmaz əmlak sektorunda liderlik və şəhər infrastrukturunun yeni trendləri haqqında dəyərli fikirlərini və təcrübələrini bölüşəcək.

“Dayanıqlı Tikinti Zirvəsi” özəl və dövlət müəssisələrinin nümayəndələri, icraçı direktorlar, şirkət rəhbərləri, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarlarla karbon emissiyalarının azaldılması və sıfırlanması istiqamətində atılmış strateji addımları, eyni zamanda inşaat və şəhərsalma sahələrində tətbiq olunan qabaqcıl yanaşmaları müzakirə etmək üçün platforma rolunu oynayacaq. İnşaat sektorunun nümayəndələrini və maraqlı tərəfləri bir araya gətirərək, davamlı əməkdaşlığı təşviq etməklə öhdəliklərin yerinə yetirilməsini gücləndirəcək və ölkənin iqlim məqsədlərinə çatmaq səylərinə töhfə verəcəkdir. Bu Zirvə Azərbaycanda davamlı yaşıl tikinti və ətraf mühitin mühafizəsi sahəsindəki qlobal trendlərə inteqrasiyasını daha da möhkəmləndirməyi hədəfləyir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-03-2025