Mobil versiya
Adı 2 milyonluq qalmaqalda hallanan "Amal Group"u bu məmurlar himayə edirmiş
Tarix: 04-03-2025 | Saat: 18:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Adı 2 milyonluq qalmaqalda hallanan "Amal Group"u bu məmurlar himayə edirmiş

Ötən gün Qubadlı rayonunda tikinti işlərini həyata keçirən "Amal Group"un subpodratçı şirkət olan "Upsilon" MMC-nin ödənişini həyata keçirməməsi barəsində xəbər yayımlamışdıq. Araşdırmalarımız nəticəsində "Amal Group" haqqında maraqlı faktlar üzə çıxıb. Həmin şirkət yüksək vəzifəli məmurlar tərəfindən himayə edilirmiş.

"Unikal"ın əldə etdiyi məlumata görə, "Amal Group" şirkətinin sahibi Teymur adlı şəxsdir. O, bəzi iri ranqlı məmurlarla yaxın qohumluq əlaqələrinə malikdir. Belə ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri Sadiq Sadıqov "Amal Group"un sahibi Teymurun qayınatası, iqtisadiyyat nazirinin müavini Anar Axundov isə bacısının həyat yoldaşıdır.

Qeyd edək ki, 2023 və 2024-cü illərdə "Amal Group" bir sıra böyük tenderlərin də qalibi olub.

Seymur Əli



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-03-2025