Mobil versiya
Hindistanda uçqun fəlakəti! Onlarla insan qar altında qalıb
Tarix: 28-02-2025 | Saat: 22:20
Bölmə:Özəl | çapa göndər

Hindistanda uçqun fəlakəti! Onlarla insan qar altında qalıb

Hindistanın Uttarakxand ştatında qar uçqunu baş verib. 41 nəfər qar altında qalıb. İndiyədək ən azı 16 işçinin xilas edildiyi öyrənilib.
Hindistanın Himalay dağlarının keçdiyi Uttarxand ştatında qar uçqunu baş verib. Ştatın Tibetlə bitişik Çamoli bölgəsi yaxınlığında baş verən qar uçqunu nəticəsində 41 nəfər qar altında qalıb.
Hindistan ordusundan verilən açıqlamada, "İş sahəsinə uçqun düşüb və 8 konteyner və 57 işçinin olduğu 1 tövlə qar altında qalıb. Konteynerlərdən 5-nin yeri müəyyən edilib. Qalan 3 konteynerin axtarışları davam edir".

Uttarakhand Baş Naziri Pushkar Singh Dhami jurnalistlərə bildirib ki, indiyədək ən azı 16 işçi xilas edilib.

Chamoli Region direktoru Sandeep Tiwari, yağış və qar yağışının hərəkətliliyi və vertolyot xidmətlərindən istifadəni məhdudlaşdırdığını ifadə etdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-02-2025