Mobil versiya
Deputat onlara təqaüd verilməsini təklif edir
Tarix: 28-02-2025 | Saat: 13:01
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Deputat onlara təqaüd verilməsini təklif edir

“Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan keçmiş məcburi köçkünlərin sayı 10 mindən çoxdur. 2025-ci ilin sonunadək işğaldan azad olunan ərazilərimizdə daimi məskunlaşanların sayı 10 min 270 ailəyə çatacaq”.

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliyin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

“Bu o deməkdir ki, bu ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 40 mindən çox keçmiş məcburi köçkün məskunlaşacaq. Gələn ilin sonuna qədər isə azad olunmuş ərazilərdə 140 min sakinin məskunlaşması gözlənilir. Peşə təhsilinə keçmiş məcburi köçkünlərin məskunlaşmamışdan öncə daha fəal cəlb edilməsini və onlara büdcə hesabına təqaüdün verilməsini təklif edirəm”, - deyə deputat bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-02-2025