Mobil versiya
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqə keçirilir
Tarix: 28-02-2025 | Saat: 12:31
Bölmə:Gündəm | çapa göndər

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqə keçirilir

Ədliyyə Nazirliyi tərəfindən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir.

Nazirliyin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, müsabiqədə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Ədliyyə Nazirliyinin müxtəlif struktur qurumlarında olan vakant vəzifələri əhatə edən bu müsabiqədə iştirak üçün ərizələrin qəbulu 2025-ci il fevral ayının 28-dən may ayının 1-i saat 23:59-dək aparılacaq.

Namizədlər qeyd olunan tarixədək ərizələrini Nazirliyin rəsmi saytında “Qulluğa qəbul” bölməsində “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elektron müraciət” adlı hissəyə və ya linkə daxil olmaqla təqdim edə bilərlər.

Müsabiqə üzrə test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd imtahana buraxılış vərəqəsini bu barədə elan verildikdən sonra Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.

Test imtahanının dəqiq vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək.

İmtahanda uğur qazanmış namizədlərin digər zəruri sənədləri bu mərhələdən sonra toplanılaraq yoxlanılacaq və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Əlavə məlumatlar üçün (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlarla əlaqə saxlamaq olar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-02-2025