Mobil versiya
Zelenski və Avropa liderləri növbəti addımları planlaşdırmaq üçün Londonda görüşəcək
Tarix: 28-02-2025 | Saat: 14:43
Bölmə:Dünya | çapa göndər

Zelenski və Avropa liderləri növbəti addımları planlaşdırmaq üçün Londonda görüşəcək

Böyük Britaniyanın Baş naziri Keir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski və 10-dan çox Avropa liderini martın 2-də Londonda qəbul edəcək.

aia.az xəbər verir ki bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, onlar Rusiya ilə atəşkəs olacağı təqdirdə Avropanın Kiyevə təklif edə biləcəyi təhlükəsizlik təminatlarını müzakirə edəcəklər.

Starmerin ofisi Almaniya, Danimarka, İtaliya, Hollandiya, Norveç, Polşa, İspaniya, Türkiyə, Finlandiya, İsveç, Çexiya və Rumıniya liderlərinin də Londona dəvət edildiyini bildirib.

Həmçinin NATO-nun Baş katibi Mark Rutte, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın da iştirakı gözlənilir .

Starmerin Zelenski və İtaliyanın Baş naziri Ciorcia Meloni ilə ayrıca ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Qeyd edilib ki, görüş Starmer və Fransa Prezidenti Emmanuel Makrona avropalı müttəfiqlərinə bu həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla danışıqları barədə məlumat verməyə imkan yaradacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-02-2025