İkitərəfli münasibətlər daha da möhkəmlənəcəkdir - Səbinə Xasayeva
Tarix: 26-02-2025 | Saat: 12:50
Bölmə:Siyasət | çapa göndər

Dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan dövlətini ilk tanıyan dövlətlərdən biri də Pakistan oldu. Bu tanıma təkcə dövlətlərarası münasibətlərin siyasi başlanğıcı deyildi, bu tanıma həm də Azərbaycanla Pakistan arasında qardaşlıq münasibətlərinin bütün sahələr üzrə inkişafının başlanğıcı oldu. Ermənistanın Azərbaycandan ərazi iddiasına Pakistan da dəfələrlə qəti etirazını bildirib.
Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü də siyasi münasibətlər sistemində Azərbaycan-Pakistan münasibətlərinin səviyyəsinin göstəricisidir.
Bu görüşdə Azərbaycan Respublikasının Prerzidenti cənab İlham Əliyev mətbuata bəyanatında bu gün müzakirə edilən məsələlər arasında əsas hissənin müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunduğunu, Azərbaycanla Pakistanın beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birinə qarşılıqlı dəstək göstərəcəyinə, beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edəcəyinə əminliyini bildirərək dedi: “Bu gün zəmanəmizin beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri müzakirə etdik. Müzakirələrimizin nəzərəçarpan hissəsini ticari və iqtisadi sektorlara həsr etdik və birlikdə məyusluğumuzu ifadə etdik ki, ticarət dövriyyəmiz cəmi bir neçə on milyonla ölçülür. Bir sözlə, ticarət dövriyyəmizi artırmalıyıq və düşünürəm ki, bunu necə etməyi bilirik. Bu gün çox mühüm, eyni zamanda, çox realist hədəfləri müəyyən etdik: bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə edir”.
Dövlətlərarası münasibətlər müxtəlif səviyyədə qurulur və müxtəlif səviyyədə davam etdirilir. Bütün münasibətlər siyasi münasibətlər əsasında formalaşır. Bəzi münasibətlər siyasi müstəvidə gerçək qardaşlıq, gerçək dostluq münasibətləri kimi davam etdirilir. Belə münasibətlər siyasi münasibətlərin də yönümünü səmimiliyə yönəltməyə qadirdir. Azərbaycanla Pakistan arasında münasibətlər 34 ildi belə davam edir və həmişə də belə davam edəcəkdir. Bu məqama diqqət yetirən və diqqqəti bu məqama yönəldən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında dedi ki, “Bu gün güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq. Əziz qardaşım, dəvətimi qəbul etdiyinizə və Azərbaycana dövlət səfərinə gəldiyinizə görə Sizə bir daha minnətdaram. Ölkə lideri kimi fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm. Sizin baxışınız və həyata keçirdiyiniz islahatlar həqiqətən nəinki iradənizi göstərir, o cümlədən iqtisadi sahədə, siyasi sabitlik sahəsində və Pakistanın beynəlxalq arenada qlobal iştirakçı kimi potensialında mühüm nəticələr verir. Bütün bunlar gərgin əməyiniz və heyətinizin işi sayəsində mümkün olmuşdur. Bir sözlə, qardaş və dostlarınız kimi, Baş nazir Şərifin müdrik rəhbərliyi ilə Pakistanın nailiyyətlərinə çox sevinirik və fərəhlənirik. Biz qardaşlar kimi bütün gələcək planlarımız və işlərimizdə Sizinlə olacağıq”.
Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı, ərazi bütövlüyünü tam bərpa etdi. Pakistan Azərbaycana qardaşlıq köməyini əsirgəmədi. Azərbaycan ərazi bütövlüyünü bundan sonra daha qətiyyətlə qoruyacaqdır. Bunun üçün ordu quruculuğunda daha geniş miqyasda islahatlar aparmaqla yanaşı, ordunun gücləndirilməsi baxımından silahlanmaya əlahiddə diqqət yetirilməli, bu, dövlət üçün prioritet olmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tezislə əlaqədar dedi ki, “...biz bu gün müdafiə sənayesi sahəsində çox gözəl əməkdaşlığımızı müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var. Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə, Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında görüşdən sonra “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu, “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Pakistan İslam Respublikasının İqlim Dəyişmələri və Ətraf Mühitin Koordinasiyası Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Niyyət Protokolu”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Pakistan İslam Respublikasının Milli Peşə və Texniki Təlim Komissiyası (NAVTTC) arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” kimi mühüm sənədlər imzalandı.
Görüşdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxışında Şuşaya səfər etmək niyyətində olduğunu bildirdi. Bu, Pakistanın Azərbaycana sevgisinin müqəddəslik çalarlarından biridir...
Bu görüş ikitərəfli münasibətlərin bu günü olsa da sabahlarının daha səmimi siyasi münasibətlərlə davam etdiriləcəyinin zəmanətidir...
Səbinə Xasayeva,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-02-2025