Azər Kərimli: Fransa bu gün də Ermənistanın revanşist qüvvələrinə hər cür dəstək göstərir
Tarix: 26-02-2025 | Saat: 13:44
Bölmə:Manşet / Siyasət | çapa göndər

Fransa tarix boyu Xocalı soyqırımına bənzər onlarla cinayətləri törətmiş erməniləri dəstəkləyib.
Bunu Milli Məclisdə yaradılmış Korsika Xalqına Dəstək Qrupunun üzvü Azər Kərimli parlamentdə Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, Fransa bu gün də Ermənistanın revanşist qüvvələrinə həm maddi-mənəvi, həm siyasi, həm də hərbi dəstək göstərir.
Deputat bildirib ki, XXI əsrdə müstəmləkəçiliyin mövcudluğu ən ciddi problemlərdən biridir və Fransanın bu siyasəti bütün sivil bəşəriyyətə, humanizm prinsiplərinə qarşı elan olunmamış müharibədir:
"Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə başlatdığı fəal müqavimət prosesi “Bandunq prinsipləri”nin yenidən fəal şəkildə təbliğ olunmasına, müstəmləkəçilikdən və neokolonializmdən əziyyət çəkən xalqların haqq səsinin ucalmasına zəmin yaradıb. Bu gün rəsmi Parisin ölkəmizə qarşı yürütdüyü aqressiv, beynəlxalq hüquqa zidd siyasətin təməlində dayanan amillərdən biri də məhz Azərbaycanın Fransa neokolonializmindən əziyyət çəkən xalqların haqq səsinə verdiyi dəstək və neoimperialist iddialara boyun əyməməsidir. Azərbaycan həmin xalqlara dəstəyini davam etdirəcək və heç bir təzyiq xalqımızın, dövlətimizin iradəsinə güc gələ bilməyəcək”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-02-2025