Mobil versiya
Qazaxda "Konstitusiyamız və suverenliyimiz xalqımızın milli sərvətidir" adlı elmi-praktik konfrans keçirildi -Fotolar
Tarix: 26-02-2025 | Saat: 12:00
Bölmə:Ölkə | çapa göndər

Qazaxda "Konstitusiyamız və suverenliyimiz xalqımızın milli sərvətidir" adlı elmi-praktik konfrans keçirildi

25 fevral 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı, Qazax Rayon İcra Hakimiyyəti və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə təşkilatçılığı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Konstitusiyamız və Suverenliyimiz xalqımızın milli sərvətidir" mövzusunda elmi-praktik konfrans keçirildi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin, müqəddəs şəhidlərin və Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq konfrans iştirakçılarını salamladı, milli bayramımız olan Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi münasibətilə təbriklərini çatdırdı. Möhtərəm Prezidentimizin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirən rayon təşkilatının sədri tədbirin mahiyyətindən, əhəmiyyətindən, xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasından, bütün ölkə ərazisində konstitusiya quruluşumuzun tamamilə bərqərar edilməsindən, möhtəşəm, misilsiz Qələbə sayəsində Dövlət Bayrağımızın bu gün bütün ərazilərimizdə əzəmətlə dalğalanmasından ətraflı bəhs etdi.

Konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov geniş məruzə ilə çıxış edərək bildirdi ki, müdrik xalqımız bu il Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30 illiyini və 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığımız şanlı Zəfərin 5 illiyini təntənə ilə qeyd edəcəkdir. Rayon İcra Hakimiyyətinin başçısı Möhtərəm Prezidentimiz tərəfindən imzalanan Sərəncamın mühüm tarixi əhəmiyyətindən, qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən, qarşıda duran mühüm vəzifələrdən geniş danışdı.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək dünyadakı mövcud durumdan, beynəlxalq aləmdə cərəyan edən hadisələrdən, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlardan, qələbələrdən ətraflı danışaraq, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün uğurla davam etdirildiyini və müstəqil, suveren Azərbaycanın beynəlxalq aləmdə söz sahibi, nüfuz sahibi olduğunu və hazırda ölkəmizin yeni bir inkişaf dövrünü yaşadığını xüsusi vurğuladı.

Konfransda BDU Qazax filialının baş müəllimi Mübariz Süleymanov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi Elvira Əfəndiyeva , BDU Qazax filialının tələbəsi Kənan Xəlilov "Konstitusiyamız və Suverenliyimiz xalqımızın milli sərvətidir" mövzusunda ətraflı çıxış etdilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-02-2025