Mobil versiya
Bu ölkələr Ukraynaya qoşun göndərməyə hazırdır
Tarix: 26-02-2025 | Saat: 12:08
Bölmə:Dünya | çapa göndər

Bu ölkələr Ukraynaya qoşun göndərməyə hazırdır

Fransa, Almaniya, Böyük Britaniya və digər Avropa ölkələri atəşkəsi təmin etmək üçün Ukraynaya qoşun göndərməyə hazırdır.

aia.az xəbər verir ki, bunu "Bloomberg" agentliyinə müsahibəsində Fransanın iqtisadiyyat və maliyyə naziri Erik Lombar deyib.

Onun sözlərinə görə, Ukraynada atəşkəsin təmin edilməsi üçün ABŞ-nin dəstəyinə ehtiyac olacaq.

“Əgər atəşkəsə əməl olunmasını istəyiriksə, ABŞ-nin dəstəyinə ehtiyacımız var. İnanıram ki, amerikalılar bununla razılaşıblar”, - nazir qeyd edib.

Lombarın sözlərinə görə, ABŞ-yə səfəri zamanı o, administrasiyanın nümayəndələri ilə ticarət, rüsum və qeyri-tarif maneələri ilə bağlı məsələləri müzakirə edib.

"Biz danışıqların davam etdirilməsi ilə bağlı razılığa gəldik, bu, irəliyə doğru addımdır", - nazir bildirib.

Daha əvvəl agentlik Qərb rəsmilərinə istinadən xəbər vermişdi ki, Böyük Britaniya və Fransa nizamlanmanın olacağı təqdirdə Ukraynada yerləşdirmək istədikləri qüvvələrə ABŞ-nin havadan dəstək verməsinə nail olmağa çalışır. Bu plana əsasən, Ukraynanın iri şəhərlərində, limanlarında və mühüm infrastruktur obyektlərində 30 minə qədər hərbçinin yerləşdirilməsinə ehtiyac olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-02-2025