Ana Sayfa > Siyasət > İkitərəfli münasibətlər daha da möhkəmlənəcəkdir

İkitərəfli münasibətlər daha da möhkəmlənəcəkdir


Bu gün, 12:50. Yazar: sevinc1
İkitərəfli münasibətlər daha da möhkəmlənəcəkdir

Dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan dövlətini ilk tanıyan dövlət­lər­dən biri də Pakistan oldu. Bu tanıma təkcə dövlətlərarası münasibətlərin siyasi baş­lan­ğıcı de­yil­di, bu tanıma həm də Azərbaycanla Pakistan arasında qardaşlıq münasibət­lə­ri­nin bü­tün sa­hə­lər üzrə inkişafının başlanğıcı oldu. Ermənistanın Azərbaycandan ərazi iddia­sı­na Pakistan da dəfələrlə qəti etirazını bildirib.

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pakistan İslam Respubli­ka­sı­nın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü də siyasi münasibətlər sistemində Azər­bay­can-Pakistan münasibətlərinin səviyyəsinin göstəricisidir.

Bu görüşdə Azərbaycan Respublikasının Prerzidenti cənab İlham Əliyev mətbuata bəya­na­tında bu gün müzakirə edilən məsələlər arasında əsas hissənin müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunduğunu, Azərbaycanla Pakistanın beynəlxalq mü­na­sibətlərin bütün məsələlərində bir-birinə qarşılıqlı dəstək göstərəcəyinə, beynəlxalq təşkilat­lar­da fəal əməkdaşlıq edəcəyinə əminliyini bildirərək dedi: “Bu gün zəmanəmizin beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri müzakirə etdik. Müzakirələrimizin nəzərəçarpan hissə­si­ni ticari və iqtisadi sektorlara həsr etdik və birlikdə məyusluğumuzu ifadə etdik ki, ticarət dövriyyəmiz cəmi bir neçə on milyonla ölçülür. Bir sözlə, ticarət dövriyyəmizi artır­malıyıq və düşünürəm ki, bunu necə etməyi bilirik. Bu gün çox mühüm, eyni zamanda, çox realist hədəf­lə­ri müəyyən etdik: bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə edir”.

Dövlətlərarası münasibətlər müxtəlif səviyyədə qurulur və müxtəlif səviyyədə davam et­dirilir. Bütün münasibətlər siyasi münasibətlər əsasında formalaşır. Bəzi münasibətlər siyasi müstəvidə gerçək qardaşlıq, gerçək dostluq münasibətləri kimi davam etdirilir. Belə münasi­bət­lər siyasi münasibətlərin də yönümünü səmimiliyə yönəltməyə qadirdir. Azərbay­canla Pa­kis­tan arasında münasibətlər 34 ildi belə davam edir və həmişə də belə davam edəcək­dir. Bu məqama diqqət yetirən və diqqqəti bu məqama yönəldən Azərbaycan Respublika­sının Prezi­den­ti cənab İlham Əliyev mətbuata bəyanatında dedi ki, “Bu gün güclü qardaşlıq əlaqələ­rini bir daha vurğuladıq. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qo­naq­ların artan sayı haqqında məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq. Əziz qardaşım, dəvətimi qəbul etdiyinizə və Azərbaycana dövlət səfərinə gəl­di­yinizə görə Sizə bir daha minnətdaram. Ölkə lideri kimi fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm. Sizin baxışınız və həyata keçirdiyiniz islahatlar həqiqətən nəinki iradənizi göstərir, o cümlədən iqtisadi sahədə, siyasi sabitlik sahəsində və Pakistanın beynəlxalq arenada qlobal iştirakçı kimi potensialında mühüm nəticələr verir. Bütün bunlar gərgin əməyiniz və heyəti­ni­zin işi sayəsində mümkün olmuşdur. Bir sözlə, qardaş və dostlarınız kimi, Baş nazir Şərifin müdrik rəhbərliyi ilə Pakistanın nailiyyətlərinə çox sevinirik və fərəhlənirik. Biz qardaşlar kimi bütün gələcək planlarımız və işlərimizdə Sizinlə olacağıq”.

Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı, ərazi bütövlüyünü tam bərpa etdi. Pakistan Azərbaycana qardaşlıq köməyini əsirgəmədi. Azərbaycan ərazi bütövlü­yü­nü bundan sonra daha qətiyyətlə qoruyacaqdır. Bunun üçün ordu quruculuğunda daha geniş miqyasda islahatlar aparmaqla yanaşı, ordunun gücləndirilməsi baxımından silahlanmaya əla­hid­də diqqət yetirilməli, bu, dövlət üçün prioritet olmalıdır. Azərbaycan Respublikasının Pre­zi­denti cənab İlham Əliyev bu tezislə əlaqədar dedi ki, “...biz bu gün müdafiə sənayesi sahə­sin­də çox gözəl əməkdaşlığımızı müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var. Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə, Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Pakistan İslam Respublika­sı­nın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında görüşdən sonra “Azərbaycan Respub­li­ka­sının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu, “Azərbaycan Respubli­kasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisa­diyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memoran­dumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Pakistan İslam Respublikasının İqlim Dəyişmələri və Ətraf Mühitin Koordinasiyası Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Niyyət Protokolu”, “Azərbaycan Respublika­sının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Pakis­tan İslam Respublikasının Milli Peşə və Texniki Təlim Komissiyası (NAVTTC) arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” kimi mühüm sənədlər imzalandı.

Görüşdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxışında Şuşaya səfər etmək niyyətində olduğunu bildirdi. Bu, Pakistanın Azərbaycana sevgisinin mü­qəd­dəslik çalarlarından biridir...

Bu görüş ikitərəfli münasibətlərin bu günü olsa da sabahlarının daha səmimi siyasi müna­si­bətlərlə davam etdiriləcəyinin zəmanətidir...

Səbinə Xasayeva,
Milli Məclisin deputatı

Geri dön