İmzalanan sənədlər əməkdaşlığın yeni mərhələsinə təkan verəcək
Tarix: 26-02-2025 | Saat: 11:27
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və Pakistan arasında əlaqələrin yüksək səviyyəsi və mükəmməl ikitərəfli münasibətlər beynəlxalq əməkdaşlığın nümunəsi kimi qiymətləndirilə bilər. Hər iki ölkə müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyat, enerji, təhsil və müdafiə sahələrində sıx əməkdaşlıq edir. Azərbaycan və Pakistan beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyirlər. Bu dəstək xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq forumlarda özünü göstərir. Hər iki ölkə regional sabitliyi və təhlükəsizliyi qorumağa çalışır, eyni zamanda qlobal sülhün təmin edilməsinə töhfə verir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə həm təkbətək, həm də geniş tərkibdə görüşlərinin baş tutması bu strateji tərəfdaşlığı daha da möhkəmləndirmək məqsədi daşıyır. Xüsusilə iqtisadiyyat, enerji, kənd təsərrüfatı, ekologiya və mədəniyyət sahələrində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Səfər zamanı müzakirə olunan mövzular və imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinə təkan verəcək. Bu səfər Azərbaycan və Pakistan arasında əlaqələrin inkişafında mühüm addım kimi qiymətləndirilə bilər. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da mühüm əhəmiyyətə malikdir. Azərbaycan beynəlxalq nəqliyyat və tranzitdə mühüm mövqeyə sahibdir. Pakistanla əməkdaşlıq, xüsusilə Xəzər dənizi və Orta Asiya ilə əlaqələrin gücləndirilməsi, beynəlxalq logistika marşrutlarının diversifikasiyasına və ticarətin asanlaşdırılmasına kömək edə bilər. Bu sahədəki əməkdaşlıq, hər iki ölkənin regional iqtisadi inteqrasiyasına əhəmiyyətli təsir göstərə bilər. Müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlığın genişləndirilməsi vacibdir. Hər iki ölkə regional təhlükəsizlik məsələləri və müasir təhlükələrə qarşı mübarizədə daha sıx əməkdaşlıq edə bilər. Azərbaycanın və Pakistanın hərbi potensialı bir-birini tamamlayaraq, regional sabitliyin qorunmasına töhfə verər. Beləcə də Azərbaycanla Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri tarixən möhkəm təməllər üzərində qurulub. Bu əlaqələr hər iki ölkənin milli maraqlarına uyğun şəkildə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin mətbuata verdiyi bəyanatlarda da bu məsələlər yer alıb. Dövlətimizin başçısı deyib: “Cənab Baş nazir ötən il və 2023-cü ildə ölkəmizə səfər edib. Mən isə ötən il Pakistanda dövlət səfərində olmuşam. Bu gün əziz qardaşım Azərbaycana dövlət səfərinə gəlib. Bütövlükdə bu dinamika, əslində, ölkələrimiz arasında sıx münasibətləri əks etdirir. Bu gün biz ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq. İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik. Həmçinin bu gün əziz qardaşımla zəmanəmizin beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri müzakirə etdik. Beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqeyimiz və baxışlarımız tam üst-üstə düşür. Müzakirələrimizin nəzərəçarpan hissəsini ticari və iqtisadi sektorlara həsr etdik və birlikdə məyusluğumuzu ifadə etdik ki, ticarət dövriyyəmiz cəmi bir neçə on milyonla ölçülür. Bir sözlə, biz ticarət dövriyyəmizi artırmalıyıq və düşünürəm ki, bunu necə etməyi bilirik. Xüsusən də nəzərə alaq ki, ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var. Biz bir neçə ay əvvəl Pakistan tərəfindən konkret layihələri aldıq və Azərbaycan nümayəndələri onları hazırda qiymətləndirir. Müdafiə və müdafiə sənayesinə gəlincə Prezident İlham Əliyev deyib ki, Bu gün imzalanmış razılaşmalar yalnız indicə gördüyümüz mərasimlə məhdudlaşmır. Bir çox sazişlər digər auditoriyalarda artıq imzalanmışdır. Beləliklə, cənab Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bir sözlə, onlar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə planlarımız əsasında, əminəm ki, biz ticari dövriyyəmizin artımını da görəcəyik. Bu gün müzakirə etdiyimiz məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur. Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Biz müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq”. Bəyanatda daşımalardan da danışılıb. Cənab Prezident vurğulayıb ki, “Müzakirə etdiyimiz digər mühüm sahə bağlantı və daşımalardır. Beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan Azərbaycanın daşımalar infrastrukturunun imkanlarının artırılması məqsədilə mən cənab Baş nazirə planlarımız, müqavilələr və imzaladığımız razılaşmalar barədə məlumat verdim - istər Şimal-Cənub və ya Şərq-Qərb. Azərbaycan hər ikisində iştirak edir. Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır. Beləliklə, bu gün biz güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq. Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında bizə məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq”.
Arif Fərzəliyev ,
YAP Cəbrayıl rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-02-2025